Page 23 - Islamic Studies 04
P. 23
22) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Tam bir imanla inanıram ki:
1. Allah var olan hər şeyi yaratdı və onlara O hökm edir.
2. Allah birdir və Ondan başqa tanrı yoxdur.
3. Allah cismani deyildir və heç bir şəkildə təsvir edilə bilməz.
4. Allahın başlanğıcı yoxdur və sonu da olmayacaqdır.
5. İbadət yalnız Allaha məxsusdur. Ondan başqa ibadətə layiq
olan yoxdur.
6. Peyğəmbərlərin bütün sözləri doğrudur.
7. Cənabımız Musa peyğəmbərlərin ən böyüyüdür.
8. Əlimizdə olan Tövrat Allah tərəfindən Həzrət Musaya
verilənin eynidir və dəyişdirilməmişdir.
9. Dinimiz ilahi bir dindir və dəyişdirilə bilməz.
10. Allah insanların bütün hərəkət və düşüncələrini bilir.
11. Allah əmrlərini yerinə yetirənləri mükafatlandırır,
yetirməyənləri cəzalandırır.
12. Allah Məsihi (Maşiah) göndərəcəkdir və gecikdiyi halda
yenə gözləmək lazımdır.
13. Ruh ölümsüzdür və Allah dilədiyi vaxt ölüləri həyata
qaytaracaqdır.
Musa ibn Meymuna görə bu əsaslardan birini qəbul etməyən
kəs kafir sayılır və yəhudi toplumundan uzaqlaşdırılır.
2.3. Yəhudilərin ibadətləri
“ Yəhudilər ibadətlərini "sinaqoq"larda (Bet ha Kneset)
icra edirlər. Sinaqoq Qüdsdəki Məbədin dağıdılmasından sonra
yəhudilərin ibadət üçün istifadə etdikləri tikililərə verilən
addır. Onlara "havra" da deyilir. Sinaqoqlarda yəhudilərin dini