Page 277 - Islamic Studies 04
P. 277

276) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Şəhid müqəddəsliyinin mənşəyi


               Şəhadət  öz  müqəddəsliyini  haradan  almışdır?  Təbiidir  ki,
               şəhadət  ölümlə  müqəddəsləşmir.  Çox  ölülər  vardır  ki,  fəxr
               olunası deyillər. Bilirik ki, insan ölümünün növləri vardır.

               1)Təbii  ölüm.  İnsan  öz  təbii  hayatını  yaşayır  və  təbii  olaraq
               ölür.  Bu  növ  ölüm,    adətən  adi  qələmə  verilir.  Nə  fəxr
               ediləsidir nə də utanc verici. Hətta elədə təəssüf ediləsi olmur.

               2)Səbəb  ölümü.  Xəstəlik,  qəza  hadisəsi,  zəlzələ,  sel
               nəticəsində yaranan ölüm. Bu cür ölümlərdə nə  fəxr ediləsidir
               nədə utanc verici. Amma təəssüf ediləsidir.


               3)Cinayət  ölümü.  Bir  nəfər  cinayət  işlədərək  bilərəkdən
               digərinin hayatına son qoyur. Halbuki ölən  günahsız idi. Bu
               barədə cox məlumatlar var. Misal üçün bir kişiyə bir qadın yox
               cavabı  verirsə, onu öldürür. Yaxud  keçmiş  ərinin  ikinci dəfə
               ailə  qurmasına  dözməyən  qadın,  onu  öldürür.  Belə
               cinayətlərdə cinayətkar qınanır. Bu  ölüm təəssüf edilir amma
               fəxr ediləsi deyil. Çünki ölənin heç bir müdaxiləsi olmamışdır.

               4)İntihar. Çıxış yolu kimi bu yolu seçənlər, yanılıblar. Bü cür
               ölüm  pisdir.  Allah  bu  yolu  bəyənmir.  Ən  pis  ölümlərdən
               biridir. Bilərəkdən qəza şəraiti yaradaraq avtomobil qəzasında
               ölənlərdə, bu sinifə aiddir.

               5)Şəhadət. İnsan öz insanlıq və müqəddəs hədəfinin qorunması
               üçün,  bu  yolu  seçir.  Şəhadət  özü  -  özlüyündə       iki  hissəyə
               ayrılır. Biri budur ki, insan Allah yolunda və müqəddəs hədəfi
               yolunda canından keçir. İkincisi isə, məlumatlı yəni məsələyə
               agah formada atılan addımdır. Adətən şəhadətdə cinayətdə var.
               Yəni  müqəddəs  hədəf  yolunda  ölmək  baxımından  şəhadət
               sayılır  amma  kimisə  öldürmək  baxımından  cinayət.  Şəhadət,
   272   273   274   275   276   277   278   279   280   281   282