Page 279 - Islamic Studies 04
P. 279
278) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
ya istər nə isə kəşf etsin. Amma heç kim şəhidin haqqı kimi
bəşəriyyətə haqq üstünlüyü yoxdur. Şəhidin bəşərə olan haqqı,
diğər sahə sahiblərinin haqqından daha yüksəkdir. Cünki
bunlar hamısı şəhidin onlara bəxş etdiyi azadlığın sayəsində
rahat iş görürlər. Amma şəhidlər onların sayəsində şəhidliyə
nail olmurlar. Alim öz elmində, filosof öz fəlsəfəsində, ixtiracı
öz ixtirasinda azad, əlverişli mühüt və makana ehtiyacları
vardır. O azadlığı onlara bəxş edən şəhidlərdir. Şəhid öz
canından keçməyi ilə, bədəninin yanması ilə, diri – diri torpağa
basdırılması ilə, bəşəriyyətə əlverışli həyat verir. Şəhid, şam
kimidir. Şam ətrafına işıq saçması ilə, işlərimizi qaydasına
salmaqda, derslerimizi oxumaqda bizə kömək edir. Amma şam
özü yanıb, yox olur. Şəhid də həmçinin. İnsanlar rahat və azad
yaşasınlar deyə canlarından keçirlər. Onlar şam kimi yandılar,
amma bəşərə azadlıq işığı verdilər. Əgər bu qaranlıq qalsaydı,
heç bir dəzgah işləyə bilməzdi, nə elmdə və nə kəşflərdə heç
bir irəlləyiş ola bilməzdi. Şəhid kəlməsi, şəhid pilləsi hər
kəlmədən müqəddəs, hər pillədən yüksəkdir.
Şəhidin bədəni
İslam hikmətli bir dindir. Heç bir qanunu yersiz deyil.
Qanunlarından biri budur ki, bir müsəlman dünyasını
dəyişərsə, ona meyyit quslu verilsin, kəfənə bükülsün, meyyit
namazı qılınsın və sonda dəfn olunsun. Bunların hər birinin
fəlsəfəsi və sirri vardır. Amma bu qanunun bir istisnası vardır.
Yəni bir halda bu qanun tətbiq olunmaz. O istisna, şəhiddir.
Şəhidə yalnız meyyit namazı qılınar və dəfn olunar. Onu nə
yuyarlar, nə də əynindən döyüş libasını çıxararlar. Bu istisna
özü bir rəmzdir. Mənası budur ki, şəhidin bədəni və ruhu o