Page 278 - Islamic Studies 04
P. 278
Şəhidlik, azadlığa aparan yol/ (277
ixtiyar, agahlıq və müqəddəs hədəf üzündən baş verərsə,
düzgündür. Fəxredici, alqışa layiq və qəhrəmanlıq nişanəsidir.
Ölümlər içərisində yalnız bu ölüm o biri ölümlərdən daha
üstündür. Deməli, şəhadətin müqəddəsliyi öz hədəfinin
yolunda məsələyə agah olan halda fəda etməkdən mənşələnib.
İnsan Allahdan ölüm dilyə bilməz. Şəhiddən başqa.
Şəhidin haqqa qovuşması
Allah müqəddəs kitabı Qurani – Kərimdə, şəhidlərin
həqiqətdə ölmədiyini, onların diri olduqlarını və Allah
yanında ruziləndiklərini buyurur. (Alimran surəsi ayə 169)
İslamda bir şəxsin yüksək məqam sahibi olmasını
bildirməkdən ötrü deyərlər, filankəsin məqamı filan şəhid
məqamı kimidir. Və ya mükafatı, filan şəhidin mükafatı
kimidir. Misal üçün deyərlər, cəmiyyətinə xeyir vermək
məqsədi ilə elm ardınca gedən orada ölərsə, şəhiddir. Elm
tələb edənə bu adı vermək, əslində şəhidliyin üstünlüyünə bir
daha sübutdur. Həmçinin öz ailəsinin təminatı üçün başqa ölkə
və şəhərə gedən şəxs o yolda ölsə, ona da şəhid deyərlər. İki –
üç nəfərdən təşkil olunmuş ailənin təminatı yolunda ölmək o
qədər əhəmiyyətli addımdır ki, hətta ona şəhid deyirik. Deməli
milyonlarla əhalisi olan bir ölkənin qorunmasında canını verən
şəxs, ailəsinin təminatı yolunda canını verən o şəxsdən, daha
yüksək insani pilləyə malikdir.
Şəhidin haqqı
Bəşərə hər növ xidmət edən şəxs, bəşərin boynunda haqqı
vardır. Heç fərq etməz ki, istər elm öyrətsin, sənət öyrətsin və