Page 281 - Islamic Studies 04
P. 281
280) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
bacardığı səviyyədə öz etirazını bildirsin. Desək ki, Allah işini
Allaha, bəndə işini bəndənin öhdəsinə qoyaq, bu düzgün
olmayacaq. Çünki şəhidin döyüşə getməsinə səbəb, ictimai
məsuliyyətini hiss etməsidir. Bu məsələni fərdi iş bilmək özü
bir növ məsuliyyətdən qaçmaqdır. Nəticədə kimin düşmənlə
vuruşması sual altında qalacaq. İnsan fitrətən haqsızlığa etiraz
bildirən bir məxluq kimi yaradılıb. Hətta bu yolda canından və
malından da keçir. Düşmən başqa məntəqədədirsə, öz
diyarından çıxıb ora üz tutar. Bu insanın imanından xəbər
verir. Buna cihad deyərlər.
Şəhidlik və İslam dini
İmam Əli (ə) buyurur: “Cənnət qapılarından biri, cihad
qapısıdır. Allah onu müəyyən şəxslərin üzünə açıq qoyub” .
Hamının üzünə açıq olmayan bu qapı, hamının döyüşçü ola
bilməməsini bildirir. O qapı müəyyən şəxslərin üzünə açıqdır.
Müəyyən şəxslər döyüşçü olmaq qabiliyyətindədirlər. Allah bu
qapını xüsusi dostlarının üzünə açıq qoyub. Quranda cənnətin
səkkiz qapıdan ibarət olması qeyd olunur. Bu qədər qapı nəyə
lazımdır? Bəlkə, cəmiyyət çox olacaq ? Bəlkə varlılarla
kasıbların bölümüdür? Bəlkə vəzifəlilərin xüsusi yeri var?
Xeyr. O dünya bu dünya kimi deyil. Hər cəhətdən fərqlənir.
Bu insanların biri – birindən iman və əməl baxımından üstün
olmalarına görədir. O dünyada təbəqə yoxdur, dərəcə vardır.
İman və əməl çox olduqca, dərəcədə yüksəlir. Cihad, Allahdan
qorxunun libasıdır. Özünü paxıllıqdan, lovğalıqdan uzaq
etməlidir. Pislikləri, əxlaqi çirkinlikləri insan özündən uzaq
etməmiş, Allahdan qorxu yaranmaz. Allahdan qorxu olmasa,
döyüşə qarşı məsuliyyət olmaz. Döyüşdən, mübarizədən
boyun qaçırdığı üçün qiyamətdə Allaha nə cavab verəcəyindən