Page 273 - Islamic Studies 04
P. 273

272) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               cəzalandırmaq  üçün  ətraf  bölgələrə  qoşun  göndərdi.  Uzun

               müddət  bu  hərəkatlar  və  Əməvilər  tərəfdarları  ilə  döyüşlər
               davam etdi. Muxtarın qiyamında öldürülənlərin sayının 3000
               nəfərdən  çox  olduğu  deyilir,  o  cümlədən:  Ömər  ibn  Səd  və

               onun oğlu, Şimr ibn Zil-Cövşən, Həkim ibn Tufeyl, Ziyad ibn
               Malik, Xuli, Munqiz ibn Murrə, Abdullah ibn Useyd, Sənan,
               Zeyd ibn Ruqad, Malik ibn Bəşir, Hərmələ, Həccac, Rəbiə ibn

               Məxariq.




               Nəticə

               Meysəm  və  Təmmar  kimi  şəxsiyyətlər,  Mənəvi  həyat  üçün

               yaşayana  gözəl  qəlbə  sahib,  Allah  adamları  olmuşlar.  Onlar
               daim öz nəfsi istəklərilə mübarizə aparıblar. Əgər bir hər bir
               insan da fərdi və ictimai işlərində, həmişə bu fikirdə olsa və

               bilsə  ki,  təbii  istəklərin  və  meyllərin  doyuzdurulmasında
               inhirafa  yol  vermək,  hər  növ  ifratçılıq  və  tüğyan  etmək
               əsarətlərə,  süqutlara,  fəsadlara  səbəb  olur  və  bu  əməllər

               axirətdə  öz  ardı  ilə  əzab  və  atəşdən  başqa  bir  şey
               gətirməyəcək,  bu  zaman  o  çalışacaq  ki,  nəfsani  istəklərini
               mötədilləşdirsin, Quran və İslam yolunda hərəkət etsin.


               Nəfsə ən böyük və ən təsirli zərbə, ölümü yada salmaqdır. Bu
               qiymətli əməli hər hansı şəkildə mümkündürsə, diri saxlamaq
               lazımdır.  Unutmayaq,  İslam  dünya  məhəbbətini  qəlbdən

               silmək  və  nəfsani  istəklərin  azaldılması  üçün  həmişə  ölümü
               yada  salmağı,  xatırlamağı  çox  tövsiyə  etmişlər.  Aydındır  ki,
               ölümü yada salmaq və dünya məhəbbətini qəlbdən çıxarmaq,
   268   269   270   271   272   273   274   275   276   277   278