Page 283 - Islamic Studies 04
P. 283
282) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
ehtiyac yoxdur. Allah bir kasıbdan bir də şəhiddən sorğu – sual
etməyə utanar.
Şəhidin şad olması
Döyüşdən öncə , döyüşçülərdə xüsusi ruhiyyənin olması gözə
çarpır. Buna “şəhadət sevinci” deyərlər. Onlar, öz ölümlərinə
sevinirlər. İmam Əli (ə) buyurub: “Ömrüm boyu yatadqa
xəstə yatmaqdansa, yüz zərbə almağımı üstün tutaram”. İslam
tarixində görürük ki, Həzrəti Muhəmməd (s) İmam Əlinin (ə)
ölümünün nə vaxt və necə olduğunu bildirir. İmam Əli (ə)
buyurur: Ya Peyğəmbər, öz din və əqidəmdə möhkəm
qaldığım üçün bu yolda öldürülməyimə niyə qəmgin olum?... .
Bu insanlar şəhadət ümüdü ilə, yaşayırlar. Əgər bu ümüdü
onlardan alsan, həyatlarında xeyir görməyəcəklər. Bu insanlar
dünyaya gələndən ölmək – ölmək deyirlər. Hədəfləri
yaşamalarının amalı yalnız ölüm şərbətini içmək fikri olanları
necə bu yoldan ayırmaq olar?
Onların qəlbində yalnız bir istək olub. Mümkündür ki, Allah
onlara bu şəhadəti ruzi olaraq versin? Mübarək ramazan ayının
dualarında belə bir cümlə vardır: ” Allahım, mənə sənin
yolunda ölməyi nəsib elə ”. Çox maraqlıdır. Bu şəhidlərin
ölümə olan məhəbbəti, körpə uşağın ana südünə olan
məhəbbətdən qat – qat çoxdur. Hətta Peyğəmbərin hüzuruna
gəlib , deyərdilər: “Ey Allahın elçisi, Allahdan bizim üçün
şəhid olmağı dua edin ”. Tarixdə, döyüşə birinci atılmaq üçün
biri – biri ilə mübahisə edən hətta sonda püşk atan ata – balanı,
qardaş – qadaşı çox görürük.