Page 284 - Islamic Studies 04
P. 284

Şəhidlik, azadlığa aparan yol/ (283


               Şəhid ata və oğul

               Hicrətin 3 –  cü   ili yəni miladi  tarixlə  625  –  ci  ildə  İslamın
               Bədr adlı ilk müharibəsi baş verir. Ata və oğul hər ikisi döyüşə
               mən  gedəcəyəm  deyə,  mübahisə  edirlər.  Ata  deyir  ki,  sən
               cavansan.  Peyğəmbərə  daha  çox  lazımsan.  Mən  gedəcəyəm
               döyüşə. Oğul isə deyir: Xeyr, ata. Sən get evə yaşlı insanlara
               döyüşmək vacib deyil. Sonda püşk atdılar. Oğul döyüşə gedəsi
               olur  və  şəhadət  şərbətini  içir.  Bir  müddət  sonra  ata
               Peyğəmbərin  hüzuruna  gələrək,  şəhid  olmaq  istədiyini  və
               bunun üçün də dua etmələrini istədi. Peyğəmbər dua etdi. Çox
               keçmədi ki, bir il sonra miladın 626 – cı ilində İslamın ikinci
               müharibəsi olan, Ühüd döyüşündə şəhid olur.

               Bir  ayağı  axsaq  olan  yaşlı  bir  ata  oğulları  ilə  birgə  döyüşə
               getmək  arzusunda  olur.  Oğulları  sənə  döyüş  vacib  deyil
               deyərək,  onu  bu  fikirdən  döndərmək  istədilər.  Heç  bir  xeyri
               olmamasını  görən  qardaşlar,  sonda  Peyğəmbərin  hüzuruna
               gəlib, məsələni bildirdilər. Peyğəmbər, döyüş sənə vacib deyil
               deməsinə baxmayaraq yaşlı ata çox israr etdi. Peyğəmbər, sənə
               vacib  də  deyil,  yasaqda  deyil.  Bunu  eşidən  yaşlı  ata  çox
               sevindi və axsaq ayağı ilə döyüşdü. Bir oğlu ona kömək etmək
               istəməsinə  baxmayaraq,  ata  razılaşmadı.  Nəhayət  özü  və  bir
               oğlu o döyüşdə şəhid oldu.




               Şəhidin məntiqi

               Hər  bir  şəxsin  və  hər  bir  dəstənin  danışığı  vardır.  Yəni
               təfəkkür tərzi. Hər bir şəxsin qarşısında meyarlar vardır və o
               meyarlarla işləri barəsində qəzavət edir. Şəhidin özünə məxsus
   279   280   281   282   283   284   285   286   287   288   289