Page 299 - Islamic Studies 04
P. 299
298) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Nəticə
Yetərin qədər mükafata, böyük insani pilləyə malik olan şəhid,
nəinki şəfaət edər hətta bədəni çürümür desək, yanılmarıq.
Allahın şəhidə verdiyi bir mükafatda budur. İslam
rəvayətlərinə əsasən, bir neçə şəxs vardır ki, öldükdən sonra
bədənləri çürüməz. Misal üçün İslamda çox böyük alimlərdən
sayılan Şeyx Səduqun indidə əsərləri oxunur. O dünyasını
dəyişir. Şah Qacarın vaxtında İranın Rey deyilən məntəqəsini
sel nəticəsində su basır. Nəticədə bütün qəbirstanlıq su altında
qalır. Şah qəbirləri təmir etmək əmrini verir. Şeyxin qəbrini
təmir etmək istəyən ustalar, təəccüblərini gizlədə bilmirlər.
Bədən çürüməyib heç, kəfən də heç saralmayıb. Sanki indi
qəbrə qoymusan. Halbuki Şeyxin ölümündən səkkiz əsr
keçmişdi.
Başqa tarix: Kərbəla hadisəsində on min qoşunu ilə İmam
Hüseyn (ə) – ın qarşısını kəsən Riyahi qəbiləsindən olan
Ziyadın oğlu Hürr. Bu şəxs döyüşdən öncə etdiyi əməllərə
görə peşiman olur və İmamın razılığl ilə İslam qoşununa keçir.
Hətta bəzi mənbəələrə əsasən İmam nəslindən olmayanlar
cərgəsində birinci şəhid olan, Hürrdür. İmam başı üstə gəlib,
onun alnına bir yaylıq bağlayır. Hürr şəhid olur. Bu hadisə
Miladi 682 – ci ildə baş verir. Əsrlər sonra Şah İsmail Hürrün
alnında olan yaylığı hədiyyə və təbərrük ünvanında götürmək
və yaxud şəhidlərin bədənə çürümür fikrini dəqiqləşdirməkdən
ötrü, qəbri açdırır. Sanki Hürr indi dəfn olunub. Hərbi libası
əynində. Şah, yaylığı açır, qan axmağa başlayır. Nə qədər
edirsə, qan dayanmır. Sonda məcbur olub, İmam bağlayan
yaylığı bağlayır. Qan dayanır. Bu addım səhv olmasını anlayan
Şah, Xətai yəni səhv edən ləqəbini özünə götürür. (İslamda bir
neçə yer istisna olmaqla, qəbri açmaq düzgün deyil). Səkkiz
əsr keçməsinə baxmayaraq, Hürrün bədəni çürüməmişdi. Buna