Page 295 - Islamic Studies 04
P. 295
294) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Sünni məzhəbinin yalnız iki fiqh alimi Səid ibn Musəyyib və
Həsən Bəsri bildirmişlər ki, üç dəlilə əsasən şəhidə qusl
vermək vacibdir:
1)İnsanın bədənindən ruh çıxan vaxtı, ona cənabət quslu vacib
olur.
2)Ühüd şəhidlərinə qusl verilməməsinin səbəbi, quslun
mümkünsüzlüyü yaxud suyun olmaması idi. Yoxsa qusl
veriləcəkdi.
3)İbn Munzirin sualına cavab veren Əbu Ömər demişdir ki,
Ömər ibn Xəttab şəhid olduğu halda ona qusl verildi və kəfənə
büküldü.
Dəlilləri araşdıraq:
1)Hər iki məzhəb alimlərinin məşhur nəzəri "şəhidə qusl
verilməz" fətvasıdır. Məşhurun qarşısında iki alimin nəzəri
qəbul olunmazdır.
2)Təbii ölüm səbəbi ilə dünyasını dəyişən şəxslə, şəhid
arasında fərq var. Bu, şəhidə Allah tərəfindən verilən xüsusi
dəyərdir.
3)Ümumi rəy (qusl yoxdur) xüsusi rəyi (qusl var) təsdiq
etmirsə, xüsusi rəyi ümumi rəy kimi qəbul etmək olmaz.
Həmçinin xüsusi rəyi ümumi rəydən üstün tutmaq üçün, heç
bir dəlil yoxdur.
4)Ömər ibn Xəttab döyüş meydanında ölməsini təsdiq edən
heç bir etibarlı mənbəə ya dəlil yoxdur.
5)Ühüddə suyun olmamasını bildirən dəlil yoxdur. Su
olmasaydı yaxud qusl mümkünsüz olsaydı, təyəmmümlə quslu
əvəz etmək olardı. Bir haldakı hər yer torpaq idi amma
təyəmmüm belə edilmədilər.
Nəticə: Şəhidə qusl verilməz.