Page 294 - Islamic Studies 04
P. 294

Şəhidlik, azadlığa aparan yol/ (293


               yaşandı  və  qorundu...  .  Cavabımız  bütün  dünyaya  budur  ki,
               bizim yolumuz ölü yolu deyil. Bu yola şəhidlik deyərlər. Bu
               yoldada  yalnız  qələbə  var.  Həztəti  Muhəmməd  (s)
               buyurmuşdur:  ”  Vətəni  sevmək,  imandandır  ”.  Vətənini
               sevməyən, onun müdafiəsinə qalxmayan necə iman sahibi ola
               bilər? İmanı olmayanın Allah yanında heç bir dəyəri olmaz.



               İslamın fiqhi məzhəblərində şəhidin hökmü

               Şəhidin quslu
               Hər  iki  məzhəbin  fiqh  alimləri  qeyd  etmişlər  ki,  döyüş
               meydanında  şəhid  olmuş  şəxsə  qusul  verilməz.  İstər  imamın
               zamanında  onun  əmri  ilə  olsun,  istər  islam  ölkəsinin  və
               istərsədə islam dininin müdafiəsi üçün olsun.
               Cəvahirul kəlam. Cild 4, səhifə 86. (Şiə mənbəəsi)
               Əlumm. Cild 1, səhifə 267. (Şafei mənbəəsi)
               Peyğəmbər (s), ühüd döyüşünün şəhidlərinə və əmisi Həmzəyə
               qusl  vermədi.  Əyinlərindəki  paltarlarla  dəfn  etdi.  Amma
               meyyit namazı qıldı.
               Peyğəmbər (s), Ühüd döyüşündə şəhid olmuş Hənzələyə qusl
               vermədi. Buyurdu ki, "ona mələklərin qusl verdiyini görürəm".
               O  gündən  Hənzələnin  ləqəbi  "ğəsilul  məlaikə"  (mələklərin
               qusl verdiyi) oldu.
               İmam Əli (ə), siffeyn döyüşünün şəhid olan Əmmar ibn Yasir
               və  Utbəyə  qusl  vermədi.  Kəfənə  bükmədi.  Əyinlərindəki
               paltarla dəfn etdi. Amma namaz qıldı.
               Kifayətul əxyar. Cild 1, səhifə101.
               Bədayətul muctəhid. Cild 1, səhifə 227.
   289   290   291   292   293   294   295   296   297   298   299