Page 297 - Islamic Studies 04
P. 297

296) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               imam Sadiqdən ə. dərs alıb) bildirmişlər ki, şəhid hökmündə
               deyil. Yəni qusl verilməlidir. (Həmin mənbə)


               Şəhidin kəfəni
               Bu barədə də müxtəlif fikirlər vardır:
               1)Şiə  və  hənəfilərin  fikrinə  əsasən,  şəhid  döyüş  meydanında

               vəfat  edərsə,  ona  qusl  yoxdur.  Kəfənsiz  dəfn  olunması
               vacibdir,  nəinki  müstəhəbb.  Amma  yaralı  olsa  döyüş
               meydanından  kənarda  (məs:  xəstəxanada)  vəfat  edərsə,
               kəfənlənməlidir.
               2)Maliki, şafei və hənbəlilər bildirmişlər ki, şəhidin sahibinin
               ixtiyarından aslıdır. Kəfənlə ya döyüş paltarında dəfn etməkdə
               ixtiyar sahibidirlər. Amma müstəhəbdir ki, əynindəki paltarla
               dəfn etsinlər.
               İmam Şafei. Cild 1, səhifə 267.

               Qeyd:
               Şəhidin əynində hər hansı bir geyim olsa və döyüş meydanında
               ölsə, kəfənsiz və qusulsuz dəfn olunar.
               Amma  şəhid  çılpaq  olsa,  onu  kəfənə  bükmək  vacibdir.  -
               Şəhidin  ayaqqabısı,  papağı,  kəməri,  əmmaməsi  və  digər
               əşyalarını onunla birgə dəfn etmək olmaz. Amma bu əşyalar
               qan içində olsa, şəhidlə birgə dəfn etmək olar.
               Vəsailuş şiə. c-2, səh-701.
               Şəhidin əynindəki geyim başqasının malı olsa və malın sahibi
               razı olmasa, gərək əynindən çıxarsınlar.

               Şəhidin namazı
               Məzhəblər arasında fikir ayrılığı vardır:
               1)Şiələr və hənəfilər: Vacibdir.
   292   293   294   295   296   297   298   299   300   301