Page 296 - Islamic Studies 04
P. 296

Şəhidlik, azadlığa aparan yol/ (295


               Şəhidə qusl verməmək vacibdir, ya müstəhəb?
               Cavab:
               1)İslamın hər iki məzhəb alimlərinin məşhur nəzəri:  vacibdir
               ki, şəhidə qusl verilməsin. Qusl vermək düzgün deyil. Çünki
               hədislərimizdə "şəhidə qusl verməyin" deyə qadağa vardır. Bu
               qadağanın günah, ya məkruh olmasını dəqiq bilmək üçün bu
               hədisin  əksini  tapmalıyıq.  Əksi  isə  yoxdur.  Deməli  qusl
               vermək olmaz. (Usul elminin qanunlarının tətbiqi ilə)
               2)Şəhidin  bədəninə  toxunmaqla,  insanın  boynuna  məssi
               meyyit quslu (meyyitə toxunmaq quslu) gəlməz. Çünki o, qusl
               verilmiş ünvanındadır.
               Təhrirul vəsilə. Cild 1, səhifə 63.

               Malını,  canını,  namusunu qoruyanda  ölən  şəxsə,  elm tələb
               edərkən ölən tələbəyə, ailəsinin təminatı yolunda ölən insana
               və  ya  övladını  dünyaya  gətirən  vaxt  vəfat  edən  anaya  qusl
               verilməlidirmi?
               Cavab:
               Şiə  alimlərinin  ümumi  rəyi  budur  ki,  bu  şəxslər  şəhid
               hökmündə  deyillər.  Gərək  bunlara  qusl  verilsin.  Amma
               şəhidlik bir neçə növ olduğu üçün şəhidlik savabını qazanırlar.
               Amma sünni fiqhində fərqli fikirlər vardır:
               1)Əvzai  məzhəbinin  banisi  Əbdurrəhman  Əvzai  və  Hənbəli
               məzhəbinin  banisi  Əhməd  ibn  Hənbəl  bildirmişlər  ki,  bu
               şəxslər də şəhid hökmünə daxildir. Yəni qusl verilməz.
               Bidayətul muctəhid. Cild 1, səhifə 227.
               2)Maliki  məzhəbinin  banisi  Malik  ibn  Ənəs  Əsbəhi,  şafei
               məzhəbinin  banisi  Muhəmməd  ibn  İdris  Şafei  və  hənəfi
               məzhəbinin banisi Əbu Hənifə (əsl adı Noman ibn Sabit; 2 il
   291   292   293   294   295   296   297   298   299   300   301