Page 46 - Islamic Studies 04
P. 46
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”
ƏSƏRİNDƏ YARADILIŞ FƏLSƏFƏSİ VƏ
PROBLEMLƏR
1
İBRAHİM QULİYEV
Abstrakt
İslam mədəniyyəti tarixinin korifey alimlərindən sayılan
Əllamə Məhəmməd Bağır Məclisinin İslam
ilahiyyatşünaslığındakı, xüsusilə də hədis elmindəki müstəsna
xidmətlərini öyrənmək və tədqiq etmək müasir dövrümüz üçün
mühüm əhəmiyyət kəsb edir. Onun ilahiyyat elmləri, xüsusilə
də bu elmlərin əsası olan hədis elmləri sahəsində ensiklopedik
xarakter daşıyan “Biharül-ənvar” əsərinin hədisşünaslıq
elminin araşdırılması baxımından aktuallıq kəsb etməsi sözü
gedən sahə üzrə mütəxəssis olan hər kəsə yaxşı məlumdur.
Əllamə Məhəmməd Bağır Məclisi kimi ilahiyyat aliminin
yetkin bir elmi əsər yazıb ortaya qoyması XVII əsrdə
Azərbaycan Səfəvilər dövlətinin elm və mədəniyyətə verdiyi
yüksək diqqətdən xəbər verir. Bundan başqa Əllamə Məclisi
Azərbaycan İslam mədəniyyəti tarixində Mirzə Abdullah
Əfəndi Təbrizi və digər iyirmidən artıq hədis alimlərinin
yetişməsində mühüm rolu olmuşdur. Onun özünün
yetişməsində isə Ağa Hüseyn Xonsari və Molla Xəlil Qəzvini
kimi Azərbaycan alimlərinin mühüm xidmətləri olmuşdur.
- İslam araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları İnstitutu, Əl - Mustafa 1
Beynəlxalq Virtual Universiteti, Qum, İran