Page 50 - Islamic Studies 04
P. 50

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(49


               görədir.  Onun  adı  Məhəmməd  Bağır,  ləqəbi  isə  Əllamə
               Məclisi əs-Sanidir. O, daha çox Əllamə Məclisi adı ilə tanınır.


                     Əllamə  Məclisi  müsəlman  dünyasında  ən  çox  müraciət
               edilən  alimlərdəndir.  Alimin  elm  aləmindəki  titullarının
               sırasında “Əllamə”, “Xatəmül-mühəddisin”, “Şeyxülislam” və
                            1
               s. göstərilir.

                     Əllamə Məclisinin doğum tarixi dəqiq bilinmir. Mənbələr
               onun  doğum  tarixi  kimi  müxtəlif  illəri  göstərməkdədir.  Belə

               ki, ərəb alimi Seyid Möhsün əl-Əmin (v.1953) yazır: “O, hicri
                                                                                     2
               1027-ci  (miladi  1618)  ildə  İsfahanda  doğulmuşdur”.
               Əbdülhüseyn  bin  Məhəmməd  Xatunabadi  isə  onun  1037-ci

                                                                 3
               (miladi 1627) ildə doğulduğu qənaətindədir.  Bu fikri XX əsrin
               məşhur  İran  alimi  Əli  Əkbər  Dehxuda  da  “Lüğətnamə”
               əsərində təsdiq etməkdədir.


                     Əllamə  Məclisi  hicri  1110-cu  (miladi  1699/1700)  ildə
                                           4
               İsfahanda vəfat etmişdir.  Lakin bəzi müəlliflər onun vəfatının
               hicri 1111-ci  ildə ramazan ayının 27-də (miladi 18. 03. 1700)

               vəfat  etməsi  qənaətindədirlər.  Əllamə  Məclisi  İsfahan
                                                                               5
               şəhərində öz camisində atasının yanında dəfn edilmişdir.




                 Seyid Möhsün Əmin, Əyanüş - şiə: 10 cilddə,  c. IX, Beyrut, Darüt - təarif, 1403/1983,  1
                                                                                 səh. 181
                                                                   Həmin mənbə, c. X, səh. 182 2
                              Məhəmməd Saleh   Xatuna badi, Rövzatül - cənnat, c. II, ikinci nəşri, s əh. 154 3
                                                   Seyid Möhsün Əmin, Əyanüş - şiə, c. X, səh. 182 4
                 Mə həmməd Baqir əl - Xonsari, Rövzatül - cənnat: 7 cilddə, c. I, Qum, Darül - islamiyyə,  5
                                                                        1390/1970, səh. 123
   45   46   47   48   49   50   51   52   53   54   55