Page 48 - Islamic Studies 04
P. 48
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(47
baxmayaraq, əsər hələ də müsəlman aləmindəki şöhrətini
itirməmiş, əksinə zaman ötdükcə daha da məşhurlaşmışdır.
Təəssüflər olsun ki, ölkəmizdə indiyə kimi belə bir mötəbər və
fundamemental əsər haqqında heç bir araşdırma
aparılmamışdır. Amma İran alimləri əsəri fars dilinə tərcümə
etmiş, müasir dövr Cənubi Azərbaycan ilahiyyatşünaslığının
ən görkəmli nümayəndəsi olan Əllamə Məhəmmədhüseyn
Təbatəbai Təbrizi (öl. 1983) 110 cildlik bu əsərin altı cildini
təshih etmiş, onun hədislərinin hansı kateqoriyaya aid
olduğunu göstərmişdir. Təəssüflər olsun ki, Əllamə Təbatəbai
müəyyən səbəblər üzündən bu işi başa çatdıra bilməmişdir.
Bundan başqa yenə də müasir İran alimi Hüseyn Dərgahi
“Mənahilül-əbrar fi təlxisi Biharil-ənvar” adlı on cildlik bir
əsər yazaraq burada əsər və onun müəllifi haqqında geniş
məlumat vermiş və daha sonra isə əsərdəki səhih bildiyi
hədisləri fəsillərə ayıraraq adı çəkilən kitabında bira araya
toplamışdır.
Yuxarıda “Biharül-ənvar” əsərinin təkcə İslam
ilahiyyatını deyil, eyni zamanda təbiətşünaslığa aid bəzi
problemlərin elmi-dini baxımdan araşdırılmasında da mühüm
rolunun olduğunu qeyd etmişik. Məlum olduğu kimi, bəşər
mədəniyyəti tarixinin iftixarlarından sayılan İslam elimləri orta
əsrlərdə Yunan mədəniyyəti və fəlsəfəsi ilə birlikdə
müsəlmanlar vasitəsiylə Avropa ölkələrinə ötürülmüşdür.
İspaniyada (Əndəlusda) hökümranlıq edən müsəlmanlar bu
elmlərin Şərqdən Avropaya yayılmasında böyük xidmət