Page 51 - Islamic Studies 04
P. 51

50) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                     Əllamə  Məclisi  elmin  müxtəlif  sahələrinə  aid  çoxlu

               əsərlər  yazmışdır.  Sözsüz  ki,  onun  qələmə  aldığı  əsərlərin
               böyük əksəriyyəti dini elmləri ehtiva etməkdədir. O, əsərlərini
               iki dildə-ərəb və fars dillərində - yazmışdı. Mənbələrdə onun

               aşağıdakı əsərlərinin adı çəkilməkdədir:

                   1.  Biharül-ənvaril-camiəti li durəril-əimmətil-əthar.
                   2.  Miratul-üqul  fi  şərhi  əxbari  Alir-Rəsul.  “Miratül-üqul”
                      əsəri  Küleyninin  “əl-Üsul  minəl-kafi”  əsərinə  şərh
                      olaraq  yazılmışdır.  Əsər  iyirmi  beş  cilddə  nəşr  olunub
                      (hicri  1401/1981  və  1409  cu  illərdə  Tehranda  nəşr
                      olunub).
                   3.  Mulazil-əxyar fi şərhi təhzibül-əxbar” (1406/1985/86-ci
                      illərdə Qumda nəşr olunub).
                   4.  Şərhül-ərbəin.
                   5.  əl-Fəvaidüt-tərifə fi şərhis-səhifə.
                   6.  əl-Vəcizətu fir-rical.

                   7.  Risalətül-itiqadat.  (Əsər  İsfahanda  hicri  1409-cu  ildə
                      nəşr olunub).
                     Əllamə  Məclisinin  “Biharül-ənvar”  əsəri  hələ  onun
               sağlığında müəllifə böyük şöhrət gətirmişdir. Əsərə yaxından
               bələd olan alimlər onu yüksək səviyyədə qiymətləndirmiş və
               haqqında tərifli sözlər demişlər.


                     Əllamə Məclisinin “Biharül-ənvar” əsəri bir hədis kitabı
               olmasına  baxmayaraq,  demək  olar  ki,  bütün  dini  mövzularla

               yanaşı, bir çox dünyəvi mövzuları da əhatə etməkdədir. Çünki
               müəllif  burada  bütün  dini  mövzular  haqqında  olan  hədisləri
               toplamış və onları dəyərləndirmişdir. Buna görə də “Biharül-

               ənvar”  əsərində  din  və  təbiətşünaslıq  problemləri  baş  mövzu
               hesab  olunur.  Müəllif  adı  çəkilən  əsərində  dinin  mənşəyi  və
   46   47   48   49   50   51   52   53   54   55   56