Page 49 - Islamic Studies 04
P. 49
48) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
göstərmişlər. Orta əsrlərdə meydana gələn İslam mədəniyyəti
və bu mədəniyyətə xidmət edən müsəlman alimləri dünya
elminə olduqca böyük töhfələr vermişlər. İstər humanitar,
istərsə də dəqiq elmlər sahəsində dünya elminə yeniliklər
gətirən müsəlman alimlərinin yetişməsində şübhəsiz ki, ilahi
elmin qaynağı olan Qurani-Kərimin xüsusi rolu olmuşdur.
Qurani-Kərimin gətirdiyi yeni din olan İslamın yaratdığı
mədəniyyəti doğru anlamaq üçün ilkin olaraq onu dini
nöqteyi-nəzərdən təhlil etmək lazımdır.
Əllamə Məhəmməd Bağır Məclisinin həyatı və elmi-dini
fəaliyyəti
Hədis ədəbiyyatı tarixinin ən ğörkəmli
nümayəndələrindən biri XVII əsrin ensiklopedik düha sahibi
Əllamə Məhəmməd Bağır Məclisidir. O, öz dövrünün məşhur
mərcəi-təqlid müctəhidi Məhəmməd Tağı bin Maqsud Əli
Məclisi Əvvəlin oğludur. Bəzi mənbələrə görə onun nəsli
Livanın Cəbəlülamil bölgəsindən olub Şah İsmayıl Səfəvinin
dövründə İrana gəlib məskunlaşmışdır. Bizim fikrimizcə, bu,
1
doğru deyildir. Çünki Əllamə Məclisinin nə özünün, nə də
atasının nəsəbində “əl-Amili” nisbəsi keçmir. Əllamə
Məclisinin “Məclisi” ləqəbini daşımasının səbəbi həm atasının,
həm də onun evinin daim alimlər yığıncağı (məclisi) olmasına
Diyanet İslam Ansiklopedisi, c. XXVIII, Ankara, Diyanet Vakfı Yayınları, II baskı, 1
2000, “Meclisi” maddəsi.