Page 47 - Islamic Studies 04
P. 47

46) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                     Açar  sözlər:  Əllamə,  Məclisi,  Biharül-Ənvar,  yaradılış,

               fəlsəfə

                                                  Giriş


                     Səfəvilər  dövlətinin  şeyxülislamı, Gəncə,  Şamaxı  və  bir
               çox  Azərbaycan  bölgələrində  dini  mədrəsələrin  açılmasında
               birbaşa     rolu    olmuş,     o    dövrün      Azərbaycan       İslam

               mədəniyyətinin  inkişafına  xidmət  etmiş  Əllamə  Məclisinin
               həyat və yaradıcılığına diqqət yetirmək, onun ən böyük elmi

               əsərini  və  bu  əsərin  mənbələrini  tədqiq  etmək  aktual
               əhəmiyyət  kəsb  edir.  Son  illərdə  İslam  dininin  əsaslarının,
               keçdiyi  mürəkkəb  və  zəngin  tarixi  inkişaf  yolunun
               öyrənilməsi, onun bəşər mədəniyyətinin yüksəlişindəki həqiqi

               yerinin, eləcə də müasir həyatımızın ictimai-siyasi, etik-əxlaqi,
               hüquqi-psixoloji və s. sahələrində artan rolunun araşdırılması
               qanunauyğun bir zərurət kimi qarşıya çıxır.


                     İslam mədəniyyətinin inkişafında və yayılmasında nəzərə
               çarpan  xidmətləri  olmuş  Səfəvilər  dövlətinin  şeyxülislamı

               Məhəmməd  Bağır  Məclisi  kimi  klassik  alimlərin  irsini
               çoxşaxəli şəkildə tədqiqatlara cəlb etmədən qarşıya qoyulmuş
               bu zərurəti həyata keçirmək çətindir.


                     XVII  əsrin  hədis  ədəbiyyatı  tarixinin  ən  görkəmli
               nümayəndəsi Əllamə  Məhəmməd  Bağır Məclisinin  “Biharül-
               ənvar”     əsəri    İslam     ilahiyyatını    öyrənməklə       yanaşı,

               təbiətşünaslıq  elmlərini  öyrənib  tədqiq  etmək  baxımından  da
               ən mötəbər və ən sanballı bir əsərdir. Əbəs deyildir ki, müəllif
               bu  əsəri  yazmasından  300  ildən  artıq  bir  vaxtın  keçməsinə
   42   43   44   45   46   47   48   49   50   51   52