Page 92 - Islamic Studies 04
P. 92
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(91
A).Müəllif əsərdə yazacağı mövzu ilə əlaqəli fəsil açır,
burada ilkin olaraq Qurani-Kərimin ayələrini, sonra mövzuya
uyğun hədisləri qeyd etmişdir.
B).Ayələrdə və hədislərdə keçən çətin başa düşülən
kəlmələri izah etmiş və bu zaman dilçiliyə aid yazılmış ən
qədim qaynaqlardan müqayisəli şəkildə istifadə etmişdir.
C).Qurani-Kərimin ayələri ilə hədisləri məna baxımından
tutuşdurmuş və bunun da nəticəsində daha dolğun və düzgün
bir fikrə gəlmişdir.
Ç).Qurani-Kərimin və hədislərin elmin müxtəlif
sahələrinə (tarixə, fəlsəfəyə, məntiqə, dilçiliyə və s.) dair
mənbələri tutuşdurması və izahı.
Bütün faktlar göstərir ki, Əllamə Məhəmməd Bağır
Məclisi özünün “Biharül-ənvar” üçün mənbələri təsadüfən,
kortəbii şəkildə seçməmiş, hədis, təfsir, tarix və dilçilik
elmlərinə aid daha çox ədəbiyyatla tanış olandan sonra özünün
elmi fikirləri ilə səsləşən mənbələrə müraciət etmişdir. Onun
bu əsəri Azərbaycan ilahiyyatşünaslığı üçün də öz aktuallığını
saxlamaqdadır.
7. “Biharül-ənvar” əsəri din və təbiətşünaslıq baxımından
zəngin elmi mənbədir. Burada kainatın yaradılması, yer
üzündə həyatın əmələ gəlməsi, ilk insanın yaranması və s.
mövzular haqqında çoxlu sayda məlumatlar öz əksini
tapmışdır.