Page 89 - Islamic Studies 04
        P. 89
     88) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
               elm  nəhəngi  dünya  durduqca  duracaq,  elm  sevildikcə
               seviləcəkdir.
                     2.  XVII  əsrdə  Səfəvilər  dövlətində  siyasi  sabitliyin
               yaranması  nəticəsində  dövlətin  bütün  ərazilərində  elm  və
               mədəniyyətin yüksəliş dövrü başlamışdır.
                     Ərəb xilafəti dövründə yüksək inkişaf mərhələləri keçmiş
               İslam  mədəniyyəti  artıq  XVII  əsrdə  tənəzzül  dövrünü
               yaşayırdı. Fəlsəfə elmi İbn Rüşdlə, astronomiya və riyaziyyat
               elmləri Uluğ Bəylə, hədis elmləri isə Şeyx Tusi (997-1068) ilə
               sona yetmişdir deyən bəzi tədqiqatçılar bəlkə də bu sözlərində
               yanılmamışdılar.       Lakin     Əllamə      Məclisinin      Səfəvilər
               dövlətində  Şeyxülislam  vəzifəsinə  təyin  olunması  bu  fikri
               tamamilə  kökündən  dəyişdirdi.  Belə  ki,  “Biharül-ənvar”ı
               yazmaqla  hədis,  təfsir,  tarix,  bir  sözlə  bir  çox  din  elmlərinə
               yenidən  rəvac  verdi.  Onun  İsfahan  Rəsədxanasını  yaratması
               isə müsəlman aləmində çökmüş olan dünyəvi elmləri, xüsusilə
               də  astronomiya  və  riyaziyyat  elmlərinə  xüsusi  bir  inkişaf
               qazandırdı.
                     3.  “Biharül-ənvar”  əsərinin  əvvəlində  müəllifin  geniş
               müqəddiməsi  verilmiş,  burada  əsərin  yazılmasının  səbəbləri
               göstərilmiş,  hədis  elmlərinin  ilahiyyat  elmləri  içərisində  çox
               mühüm  əhəmiyyət  kəsb  etdiyi  qeyd  edilmişdir.  Əsərin
               mənbələri  haqqında  məlumatı  əsəri  oxuduqca  müəllifin
               istinadından toplamaq mümkün olur. Belə ki, “Biharül-ənvar”
               Kuleyni,  İbn  Babaveyh  əl-Qumi,  Əbu  Cəfər  ət-Tusi,  İbn
               Şəhraşub, Əminüddin ət-Təbərsi, Məhəmməd bin Məkki, Şərif





