Page 87 - Islamic Studies 04
P. 87
86) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
ondan yaratdıq” ayəsini izah edənlərin məqsədi Quranı
1
Tövratın təkvin kitabı ilə uyğunlaşdırmaqdır.
Atamız Adəm (ə) və anamız Həvva (ə) ilə başlayan
insanlıq tarixi o ikisindən çoxalan nəsillər günümüzə qədər
gəlmiş, qiyamətə qədər də davam edəcəkdir. Çünki bu aləm
Uca Allahın xəlifəsi olan insanla mənalı və dəyərlidir.
İnsanı insan olaraq göstərən, ona şərəf qazandıran ağıldır.
İmam Qəzaliyə (öl.1111) görə ağıl elmin qaynağı, əsası və
2
bünövrəsidir. Ağıl həm də insana dünya və axirət səadətinə
vəsilə qazandırır. Ağıl insanları iri cüssəli heyvanlardan belə
güclü edir. Azğın və qüvvəli heyvanı ağıl işlədərək ya tələyə
salır ya da məhv edir. Əllamə Məclisi “Biharül-ənvar” əsərinin
3
birinci hissəsini məhz ağıl mövzusuna həsr etməsi və bu
haqda ayələrlə birlikdə hədisləri qeyd etməsi bütün bu
4
deyilənlərə bir dəlildir.
İbn Kəsir, Təfsirül-Quranil-əzim, c. II, səh. 297 1
Qazzali, İhyai Ulumid-Din, tərcümə: Ali Arslan, Merve Basım, Yayın Dağıtım, 2
Çağaloğlu, İstanbul, Baskı Eko Ofset, 1993, səh. 271
Əllamə Məclisi, Biharül-ənvar, c. I “Ağıl” fəsli 3
İbrahim Zöhrab oğlu Quliyev, Suallara cavablar (Hədisi-şəriflər kontekstində), Bakı, 4
Elm və Təhsil, 2016