Page 88 - Islamic Studies 04
P. 88
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(87
NƏTİCƏ
Əllamə Məhəmməd Bağır Məclisinin “Biharül-ənvar
əsərində yaradılış fəlsəfəsi və problemlər” mövzusu haqqında
tədqiqatı tamamlayaraq aşağıdakı nəticəyə gəlirik:
1. Əllamə Məclisinin “Biharül-ənvar” əsəri də böyük bir
hədis əsəridir və özündən əvvəlki hədis əsərlərindən bəzi üstün
cəhətlərə malikdir. Belə ki, müəllif əvvəlki əsərlərdən daha da
səmərəli şəkildə istifadə edərək onlarda olan bəzi xətaları
təshih etmiş, bizim dövrümüzədək gəlib çıxmayan bəzi
əsərlərdən iqtibaslar etməklə bizi də həmin əsərlərdən
bəhrələndirmişdir.
Əllamə Məclisi haqqında bu Kitabmiz bir daha onu
göstərir ki, o, öz dövrünün bir çox elmləri sahəsində dərin
bilikli olmuşdur. Onun yazdığı “Biharül-ənvar” əsəri əsrlərdir
ki, İslam ümməti içərisində rəğbətlə oxunmuş və həmişə əsas
qaynaqlardan hesab edilmişdir. Onun yüzlərlə mötəbər
qaynaqdan istifadə edərək belə bir fundamental əsər yazması
alimin İslam mədəniyyəti xəzinəsinə belə böyük töhfə verməsi
heç şübhəsiz ki, onun ilahi elmə, Peyğəmbər (s) və əhli-beytə
(ə) olan məhəbbətinin təcəssümüdür.
Vəfatından üç yüz ildən artıq bir vaxt keçməsinə
baxmayaraq o, heç vaxt müsəlman ümmətinin yaddaşından
silinməmiş, əksinə həmişə onun adına böyük elmi konfranslar,
tədqiqat işləri, məqalələr yazılmışdır. Ümidvarıq ki, belə bir