Page 90 - Islamic Studies 04
P. 90
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(89
ər-Rəzi və Şərif əl-Murtaza, Əli bin Musa bin Tavus əl-Həsəni,
İbnül-Mutahhar əl-Hilli, Məhəmməd bin Əli əl-Kərakiçi kimi
tanınmış alimlər başda olmaq üzrə çox sayda şiə müəllifin
əsərindən istifadə edilərək hazırlanmışdır. Əllamə Məclisi
bunlardan başqa şiə olmayan müəlliflərdən Cövhəri,
Firuzabadi, Mutarrizi, Rağıb əl-İsfahani, İbn Faris, İbn Düreyd
və Zəməxşəri kimi alimlərin lüğət və bəlağətlə əlaqəli qırxa
yaxın əsərini, şiə nəqllərin doğruluğunu isbat üçün də Kutubu-
Sittədən başqa Əhməd bin Hənbəlin “əl-Müsnəd”i Əbu Cəfər
ət-Təbəri, İbn Quteybə və İzzəddin İbnül-Əsir kimi yazarların
tarixləri, Fəxrəddin ər-Razinin “Məfatihül-ğeyb”i, Zəməxşəri,
Beyzavi və Süyutinin təfsirləri, Seyid Şərif əl-Cürcaninin
“Şərhül-Məvaqif” və Təftəzaninin “Şərhul-Məqasid”inin də
daxil olduğu əllidən çox qaynaqdan istifadə etmişdir (110.cild,
s.6).
Müəllifin istinad etdiyi mənbələrin hamısı İslamşünaslıq
tarixində mühüm rol oynamış şəxsiyyətlər və onların
əsərləridir.
4.Əllamə Məhəmməd Bağır Məclisinin mənbələrdən
istifadə metodu da özünün zənginliyi ilə diqqəti cəlb edir.
Bəlkə də İslam aləmində bunun qədər zəngin mənbədən
istifadə edən ikinci bir müəllif tapmaq olmaz. O, təqribən altı
yüzə yaxın mənbədən istifadə etmişdir. Təhlil göstərir ki,
müəllif şiə olsa da “Biharül-ənvar” əsərini yazmaq üçün
hansısa konkret bir radikal etiqada, məzhəbə və təriqətə istinad
etməmiş, əksinə müxtəlif dünyagörüşünə və məzhəblərə malik