Page 98 - Islamic Studies 04
P. 98
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə
olması
Elçin Əliyev
1
Abstrakt
Bu məqalədə əsas məqsəd bundan ibarətdir ki, oxucular
Qurandakı hadisələrin real baş vermiş hadisələr olduğunu
anlamış olsunlar. Yəni Quranda danışılan bəzi hadisələri
gətirib, onların reallıqla uyğun olduğu açıqlanıb, sübuta
yetiriləcək.
Bəzi islam düşmənləri, Quranın Allah tərəfindən nazil
olduğunu inkar edir və buna dəlil olaraq, Quranda bəyan
olunan hadisələrin uydurulmuş olduğunu iddia edirlər. Biz isə
Quranda nəql olunan bir neçə tarixi hadisələri gətirərək,
onların reallıq ilə uyğun olduğunu sübut edəcəyik. Bununla da
İslam düşmənlərinin bu iddialarının yalan olduğu ortaya
çıxacaq.
Bundan əlavə, Qurandakı tarixi olayları oxuyanda, bu
müqəddəs kitabın möcüzəvi və misilsiz bir kitab olduğu bir
daha sübut ediləcək. Çünki bu kitabda bəzən elə hadisələr
haqqında məlumat verilir ki, onların doğru olması zaman
keçdikdən sonra məlum olub. Misal üçün Allah Quranda Daşa
dönərək həlak olmuş Lut peyğəmbərin (ə) qövmü, yerin kürə
şəklində olması, atmosfer qatları, dənizlərin bir-birinə
qarışmaması, uşağın ana bətnində inkişaf etmə prosesi və bu
kimi bir çox məlumatlar haqqında 1400 il bundan öncə xəbər
verib. Amma alimlər bu hadisə və məlumatların doğru
olduğunu Quranın nazil olmasından əsrlər sonra kəşf edə
biliblər.
- İslam araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları İnstitutu, Əl - Mustafa 1
Beynəlxalq Virtual Universiteti, Qum, İran