Page 102 - Islamic Studies 04
P. 102

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (101


               kəsir və məclislərinizdə çirkin işlər görürsünüz?” Qövmünün
               cavabı  isə:  “Əgər  doğru  söyləyirsənsə,  bizə  Allahın  əzabını
               gətir!” – demələri oldu.
                                          1
                 Ənkəbut  surəsinin  digər  ayələrində  isə,  Allah  Lut
               peyğəmbərin  (ə)  qövmünə  göndərdiyi  əzab  haqqında
               danışaraq,     belə     buyurur:     Elçilərimiz     Lutun      yanına
               gəldiklərində  Lut  onlara  görə  narahat  oldu  və  ürəyi  sıxıldı.
               Onlar  belə  dedilər:  “Qorxma,  kədərlənmə!  Şübhəsiz,  biz
               arvadın istisna olmaqla, səni və ailəni xilas edəcəyik. O, (əzab
               içində)  qalanlardan  olacaqdır.  Etdikləri  günahlara  görə  bu
                                                                           2
               məmləkət xalqının üstünə göydən əzab endirəcəyik”.
                 Allah  Quranın  digər  surələrində  də  Lut  peyğəmbərin  (ə)
               qövmü  haqqında  danışır.  Ayələrin  hər  birində  bu  azğın
               tayfanın yanlış və əxlaqdan kənar əməlləri haqqında danışılır.
                 Misal  üçün  əraf  surəsində  Allah  belə  buyurur:  Lutu  da
               (peyğəmbər)  göndərdik.  Bir  zaman  o  öz  qövmünə  belə
               demişdi:  “Siz  özünüzdən  əvvəl  heç  bir  insanın  etmədiyi
               əxlaqsızlığımı  edirsiniz?  Çünki  siz  qadınları  qoyub  kişilərə
               şəhvətlə  yaxınlaşırsınız.  Siz  həqiqətən,  həddi  aşmış  bir
               qövmsünüz!”  Qövmünün  cavabı  isə  ancaq  belə  demək  oldu:
               “Onları  (Lutu  və  ona  inananları)  məmləkətinizdən  çıxarın!
               Çünki  onlar  çox-çox  təmiz  adamlarmış!”  Zövcəsi  istisna
               olmaqla,  onu  (Lutu)  və  ailəsini  xilas  etdik.  Zövcəsi  (əzab
               içində)  qalanlardan  oldu.  Onların  üstünə  (daş)  yağışı
                                                                           3
               yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu!
                 Hicr surəsində yenə Allah Lut Peyğəmbər (ə) və onun azğın
               tayfası haqqında danışaraq, belə buyurur: Elçilər Lut ailəsinin
               yanına  gəldikləri  zaman;  (Lut)  dedi:  “Həqiqətən,  siz

                                                                             Ənkəbut, 28 - 29. 1
                                                                             Ənkəbut, 33 - 34. 2
                                                                                Əraf, 80 - 84. 3
   97   98   99   100   101   102   103   104   105   106   107