Page 99 - Islamic Studies 04
P. 99
98) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Açar kəlmələr: Quran, möcüzə, reallıq, uyğunluq
Quranın reallıqlar ilə uyğunluğu baxımından möcüzə
olması
Uca yaradanımız olan Allah, göndərdiyi müqəddəs kitabında
həm keçmişdə baş vermiş, həmdə gələcəkdə baş verəcək bir
çox hadisələrdən xəbər verib.
Quranın möcüzəvi və misilsiz bir kitab olmasının bir sübutu
da, elə bundan ibarətdir. Yəni əgər Qurandakı keçmiş və
gələcəyə aid olan hadisələrə diqqət yetirib, onları araşdırsaq,
görərik ki, həmin hadisələrin hamısı tarixdə baş verib və
həmin xəbərlər reallıq ilə uyğundur.
Bir sözlə, Quranın keçmiş barədə danışdıqlarının hamısı baş
vermiş hadisələrdir. Misal üçün Quran Nuhun (ə) gəmisi, Lut
Peyğəmbərin (ə) qövmü, Fironun əhvalatı və bu kimi bir çox
hadisələrdən xəbər verir və tarixi araşdıranda, görürük ki,
həmin hadisələrin heç biri uydurulmuş əhvalatlar deyil. Eyni
zamanda da Quranın gələcəkdən danışdıqlarının bir çoxu baş
vermiş hadisələrdir. Misal üçün Quran Rum imperiyasının
məğlub olmasından sonra, gələcəkdə qalib gəlməsindən xəbər
verib və bu hadisə Quranın buyurduğu kimi baş verdi və Rum
imperiyası məğlub olduqdan bir müddət sonra, qələbə qazandı.
Təbi ki, Quranda Qiyamət gününün baş verməsi kimi bəzi az
saylı hadisələr hələ baş tutmamışdır. Amma ümumi olaraq
Quranda keçmişə və gələcəyə aid olan bütün hadisələr doğru
əhvalatlardır və hamısı reallıqdan ibarətdir.
Quranın bu özəlliyə sahib olması bir daha sübut edir ki, bu
kitab Allah tərəfindən göndərilib və misli olmayan, möcüzəvi
bir kitabdır.
Bu mövzunu daha yaxşı dərk etmək üçün, bəzi hadisələr ilə
yaxından tanış olmaq daha uyğun olardı. Bunu nəzərə alaraq,