Page 103 - Islamic Studies 04
P. 103

102) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               tanımadığımız insanlarsınız”. (Mələklər) dedilər: “Əksinə, biz
               sənə  onların  şübhə  etdiklərini  (əzabı)  gətirmişik.Sənə  haqqı
               gətirmişik. Həqiqətən, biz doğru söyləyirik. Gecənin bir vaxtı
               ailəni yola çıxart, sən də onların arxasınca get. Sizdən heç kim
               dönüb arxasına baxmasın və sizə əmr olunan yerə gedin!” Və
               ona  (Luta)  bu  əmri  vəhy  etdik:  “Səhər  vaxtı  bunların
               (kafirlərin)  kökü  kəsilmiş  olacaq”.  Şəhər  əhalisi  sevinərək

               (mələklərin  yanına)  gəldilər.  (Lut)  dedi:  “Bunlar  mənim
               qonaqlarımdır, məni biabır etməyin! Allahdan qorxun və məni
               rüsvay  etməyin!”  Onlar  dedilər:  “Sənə  camaatın  işinə
               qarışmağı  qadağan  etməmişdikmi?”  (Lut)  dedi:  “Əgər
               (düşündüyünüz şeyi) edəcəksinizsə, bunlar mənim qızlarımdır
               (qızlarımla  evlənin)!”  (Ey  Peyğəmbər!)  Sənin  həyatına  and
               olsun  ki,  həqiqətən,  onlar  sərxoşluqları  (ehtirasları)  içində
               çaşqın bir vəziyyətdə idilər. Beləcə, günəş doğarkən o qorxunc
               səs  onları  yaxaladı.  Oranın  altını  üstünə  çevirdik  və  onların
                                                                    1
               üstünə odda bişmiş palçıqdan daşlar yağdırdıq.
                 Lut Peyğəmbərin (ə) qövmü haqqında nazil olan bu və digər
               ayələri oxuyanda, bu qövmün fəsad, Allahın peyğəmbərinə (ə)
               qarşı  itaətsizlik,  inadkarklıq,  Allaha  şərik  qoşma,  bir  çox
               böyük  və  iyrənc  günahlar  içərisində  qərq  olduqları  məlum
               olur.  Həmçinin  bu  surənin  son  ayələrindən  belə  nəticəyə
               gəlmək  olur  ki,  bu  qövm  göydən  yağan  isti  daş  və  torpaq
               nəticəsində  həlak  olub.  Buda  bir  daha  onu  sübut  edir  ki,
               şəhərdə  yaşayan  üsyankar  tayfa,  Allahın  əmri  ilə  aktivləşən
               vulkanın vasitəsi ilə həlakətə uğradı.
                 Ümumi  olaraq  Allah  Lut  peyğəmbər  (ə)  və  onun  üsyankar
               qövmü  haqqında  Əraf,  Hud,  Hicr,  Ənbiya,  Nəml,  Ənkəbut,
               Saffat, Zariyat və Qəmər surələrində danışaraq, kifayət qədər
               məlumat  verib.  Adı  çəkilən  surələrin  bəzi  ayələrində  bu



                                                                                Hicr, 61 - 75. 1
   98   99   100   101   102   103   104   105   106   107   108