Page 100 - Islamic Studies 04
P. 100
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (99
keçmişdə baş vermiş və Quranda haqqında danışılmış bəzi
əhvalatlara işarə edəcəyik.
Daşa dönərək, həlak olmuş Lut peyğəmbərin (ə) qövmü
Tarixdə bir çox zalim hökmdarlar, eləcə də doğru yoldan
çıxıb, azğınlıq və zülm içərisində yaşamış çox sayda qövmlər
olub. Onlar böyük gücə və hakimiyyətə malik olsalar da, Allah
əzab göndərərək, onları yer üzündən sildi. Uca yaradanımız
olan Allah onlara əzab göndərdi ki, insanlar üçün ibrət dərsi
olsun və hər kəs başa düşsün ki, əzəli və əbədi qüdrətə malik
olan şəxs, yalnız Allahdır və bu fani dünyada yalnız Allahın
əmri ilə yaşamaq lazımdır.
Allahın qəzəbinə düçar olan qövmlərdən biri də, Lut
peyğəmbərin (ə) qövmüdür. Qısa da olsa, bu qövm haqqında
aşağıda məlumat verəcəyik.
Lut Peyğəmbərin (ə) qövmü Pompey şəhərində yaşayıb və
onlar zina, şərabxorluq, həmcinsbazlıq və digər haram işlər
içərisində qərq olmuşdu. Bu şəhərdə insanlıqdan başqa hər
şeyi tapmaq mümkün idi. Tarixi araşdırmalara görə bu
şəhərdəki fahişəxanaların sayı, şəhər əhalisinin sayı qədər idi.
Bu qövm həddən artıq azğınlığa düçar olduğu üçün Allah
onlara əzab göndərdi və onları daşa döndərərək, məhv etdi.
Quran bu tayfa haqqında məlumat verdiyi zaman, onların
tarixdəki varlığı haqqında bir məlumat, həmçinin tarixi dəlil və
iz yox idi. Bu qövmün yaşadığı qədim və torpaqlar altında
itmiş şəhər, ilk dəfə 18-ci əsrin əvvəllərində italyalı bir fermer
vasitəsi ilə kəşf oldu. 19-cu əsrdə İtalyalı alimlər bu tarixi
şəhərdə araşdırma aparmağa başladılar. Onlar geniş
qazıntılardan sonra inandırıcı olmayan səhnələr ilə üzləşdilər.
Çünki qazıntılar nəticəsində kəşf olunan bütün əşyalar, hətta
cəsədlər belə daşa dönmüşdü.