Page 101 - Islamic Studies 04
P. 101

100) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                 Elmi  baxımından  Pompey  şəhərinin  məhv  olmasına  səbəb
               olan  ən  mühim  amil,  bu  şəhərin  Vedius  vulkan  dağının
               ətəyində  tikilməsi  idi.  Vedius  vulkan  dağının  aktivləşmə
               ehtimalı olmadığı üçün, bu qövm şəhəri həmin dağın ətəyində
               qurdu  və  vulkanın  aktivləşməsini  ehtimal  vermədən
               yaşayışlarına  davam  etdilər.  İllər  keçdi  və  bu  qövm  həddən
               artıq günaha qərq oldular. Lut peyğəmbər (ə) öz qövmünü bu

               çirkin işlərdən çəkindirməyə cəhd etsə də, onlar yenə öz iyrənc
               işləri ilə məşğul olmağa davam edirdi.
                 Nəhayət  Allah  onlara  əzab  göndərərək,  şəhər  və  onun
               əhalisini məhv etdi.
                 Allah  onları  aktivləşməsi  ehtimal  olunmayan  vulkanın
               vasitəsi  ilə  məhv  etdi.  Tarixi  araşdırmalara  görə  vulkan
               aktivləşdi  və  şəhər  əhalisi  vulkanın  zəhərli  maddələri
               nəticəsində  zəhərlənərək,  həlak  oldular.  Vulkan  toz-torpaqla
               birgə,  havaya  bəzi  zəhərli  maddələr  də  buraxdı.  Bununla  da
               şəhər əhalisi zəhərlənərək, yerə yıxıldı və vulkandan çıxan toz-
               torpaq, eləcə də zəhərli kül, onların cəsədləri üzərinə töküldü.
               Alimlər şəhər əhalisinin daşa dönməsini də, elə zəhərli kül ilə
               əlaqələndirirlər.  Yəni  şəhər  əhalisinin  üzərinə  zəhərli  kül
               töküldü  və  onlar  yanaraq  yox,  bəlkə  zəhərlənib  öldülər  və
               üzərlərinə tökülmüş zəhərli kül onların cəsədlərini bürüdü, kül
               soyuduqdan sonra isə, cəsədlərindəki kül daşa çevrildi.
                 Bu  hadisədən  uzun  illər  keçməsinə  baxmayaraq,  qazıntlar
               nəticəsində  aşkar  olunmuş  cəsədlər  çürümüş  olsa  da,  onların
               zahiri görünüşü ilk gündə olduğu kimi qalmışdı. Yəni cəsədlər
               çürüsə  də,  üzərlərini  kül  bürüdüyü  üçün,  onların  zahiri
               görünüşü pozulmamışdı.
                 Quran  Lut  peyğəmbərin  (ə)  qövmü  haqqında  belə  buyurur:
               Lutu  da  (yad  et)!  Bir  zaman  o  öz  qövmünə  belə  demişdi:
               “Həqiqətən,  siz  özünüzdən  əvvəl  heç  bir  millətin  etmədiyi
               əxlaqsızlığı  edirsiniz.  Siz  kişilərə  (şəhvətlə)  yaxınlaşır,  yol
   96   97   98   99   100   101   102   103   104   105   106