Page 15 - Islamic Studies 05
P. 15

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (14

                 Bu  ayədə  isə  Allah  özünün  hikmət  sahibi  olduğunu  bəyan
               edir.  Yəni  Allah  bizə  bunu  başa  salmaq  istəyir  ki,  fəlsəfi
               mənalar  ilə  dolu  olan  Quran  ayələrini  nazil  edən  Allah  da,
               fəlsəfə  və  hikmət  sahibidir.  Həmçinin  ayəni  oxuyanda  başa
               düşürük  ki,  uca  yaradan  olan  Allah  fəlsəfəyə  və  Quran
               ayələrinə fəlsəfi baxışa çox önəm verir.


                 Hikmətlə  və  gözəl  nəsihətlə  Rəbbinin  yoluna  dəvət  et!
               Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin
               yolundan  azanları  da,  doğru  yolda  olanları  da  ən  yaxşı
                            1
               tanıyandır.
                 Bu ayə isə bizə bunu başa salmaq istəyir ki, başqalarını doğru
               yola dəvət edən zaman, gərək gözəl nəsihət, hikmət və fəlsəfə
               yolu  ilə  dəvət  edək.  Yəni  qarşı  tərəfi  nəsihət  edən  zaman,
               onunla  gözəl  davranmaqdan  başqa,  fəlsəfi  yanaşmadan  da
               istifadə etmək lazımdır.

                 Ayənin  maraqlı  tərəflərindən  biri  də  budur  ki,  əvvəlki
               ayələrdən  fərqli  olaraq,  bu  ayədə  hikmət  sözü,  gözəl  nəsihət
               sözü  ilə  birgə  işlənir.  Bunun  da  səbəblərindən  biri  budur  ki,
               necə  ki, gözəl  nəsihətdə  məntiq  var, hikmək  və  fəlsəfədə  də
               məntiq mövcuddur. Yəni hər bir ağıllı və vicdanı təmiz insan
               doğru sözü o zaman qəbul edər ki, başqalarını haq yola dəvət
               edən insan, öz dəvətində şəxsi hədəf güdməsin və dəvət etdiyi
               vaxt  işlətdiyi  cümlələr  həm  gözəl  nəsihət,  həmdə  hikmətlə
               yanaşı olsun.


                 Diqqət etsək, görərik ki, bu ayələrdəki mənaları, xüsusi ilə də
               ayələrdə hikmət və fəlsəfə sözlərinin bir arada gəlməsini həm
               filosoflar, həmdə adi insanlar oxuyub, başa düşə bilərlər. Buda
               öz növbəsində sübut edir ki, Quran ayələrini hər bir insan başa


                                                                                  Nəhl,  125. 1
   10   11   12   13   14   15   16   17   18   19   20