Page 136 - Islamic Studies 05
P. 136

135) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               Allaha  ibadət  edirlər.  Bu  da  nökər  və  muzdur  ibadətidir.
               Üçüncü dəstə isə Allahı sevdiklərindən ona ibadət edirlər. Bu
               isə  azadələrin  ibadətidir,  yəni  onlar  Allaha  cəhənnəm
               əzabından  qorxduqlarına  və  cənnət  nemətlərinə  görə  yox,
               Allaha  bəslədikləri  məhəbbət  və  pak  niyyət  üzündən  ibadət
               edirlər. Bu, ibadətin ən uca zirvəsidir.”1
                     Mülahizə edirsizmi, imam Sadiq(ə) Allah bəndələrini öz

               məqsəd və niyyətlərinə görə necə də dəqiq bölmüş və hər bir
               dəstəni Allah-təalaya hansı niyyətlə ibadət etməsinə görə o biri
               dəstədən fərqləndirmişdir.
                     Niyyət  insanın  şəxsiyyətini  nümayiş  etdirməkdən  əlavə
               əqidəvi,  ictimai  və  milli  bağlılıqlardan  da  bizə  xəbər  verir.
               İslam  mənbələrində  bu  barədə  elə  ifadələr  vardır  ki,  onların
               hamısını üç cümlədə ümumiləşdirmək olar:
                     1)  Kim  hər  hansı  bir  işdən  razı  qalarsa,  onu  yerinə
               yetirmiş kimidir.
                     2)  Hər  hansı  bir  dəstənin  əməli  ilə  razılaşan,  onlardan
               hesab olunur.
                     3)  Kim  hər  hansı  bir  dəstəni  müdafiə  edərsə,  savab  və
               əzabda onlarla şərikdir.
                     Həzrəti  Əli(ə)  bu  üç  fikiri  bir  cümlədə  çox  böyük
               məharətlə  ifadə  etmişdir:  “....Məhəbbət  və  nifrət  birlik
               rəmzidir...”2
                     Yəni  cəmiyyətdə  hərənin  bir  işlə  məşğul  olmasına,
               yaşayış,     adət-ənənə      və    rəng     cəhətdən      bir-birindən
               fərqlənməsinə baxmayaraq, onları yalnız bir şey birləşdirərək




                                                 “      Biharül - ənv ar ”  Beyrut   çapı :  LXVII  - s / c    255;  1
                                                    “Üsuli-kafi” II c/s-84/İbadət fəsli / hədis №5.
                                                 «      Nəhcül - Bəlağ ə »  Feyzül   İslam :  Xütbə   №192. 2
               “...Camaat, məhəbbət və nifrət birlik əlamətidir. Salehin dəvəsini bir nəfər öldürmüşdü.
               Amma əzab dəvənin öldürülməsində razı olmalarına görə hamıya nazil oldu. Buna görə
                               də Allah-təala buyurur: “Dəvəni öldürəndən sonra peşman oldular.”...”
   131   132   133   134   135   136   137   138   139   140   141