Page 156 - Islamic Studies 05
P. 156

155) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               üzülmüş  adamlar  Allahı  ixlasla  köməyə  çağıraraq  imdad
               diləyirlər:
                     “(Müşriklər)  gəmiyə  mindikləri  zaman  (dəryada
               batacaqlarından  qorxub)  dini  (ibadəti)  yalnız  Ona  məxsus
               edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat
               quruya  çıxaran  kimi  yenə  də  (Ona)  şərik  qoşarlar.”
               («Ənkəbut» - 65).

                     “(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara
               buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti)
               Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları
               sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri (küfrlə
               iman  arasında)  orta  mövqe  tutar.  (Bəziləri  isə  öz  küfründə
               qalar).  Ayələrimizi  yalnız  çox  xain,  nankor  olanlar
               danarlar!” («Loğman» - 32).
                     “Sizi  suda  və  quruda  gəzdirən  Odur.  Siz  gəmidə
               olduğunuz,  gəmilər  gözəl  bir  külək  vasitəsilə  içərisində
               olanları  apardığı,  onlar  da  sevindikləri  vaxt  birdən  fırtına
               qopub  dalğalar  hər  tərəfdən  gəmilərin  üzərinə  hücum
               etdikdə  və  sərnişinlər  dalğaların  onları  bürüdüyünü  (həlak
               edəcəyini)  başa  düşdükdə  sidqi-ürəkdən  Allahın  dininə
               sarılaraq  ona  belə  dua  edərlər:  «Əgər  bizi  bu  təhlükədən
               qurtarsan, Sənə şükr edənlərdən olarıq!» Onları xilas edincə
               yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar!
               Etdiyiniz  zülm,  haqsızlıq  fani  dünya  malı  kimi  öz
               əleyhinizədir.  Sonra  hüzurumuza  qayıdacaqsınız.  Biz  də  nə
               etdiklərinizi sizə xəbər verəcəyik” («Yunus» - 22,23).
                     Bu ayələrdən “müxlis” sözünün mahiyyəti müəyyən olur.
               Bu söz sədaqət məktəbinin öncüllərini, hətta (dəryada tufana
               uğradıqları  zaman  ümidləri  hər  yerdən  üzülüb  Allahı  saf
               niyyətlə,     ixlasla     çağıran)     bütpərəst      müşriklər     və
               dünyapərəstləri  də  əhatə  edir,  halbuki  onlar  az  keçməmiş,
               sahilə  çatdıqdan  sonra  Allahı  yaddan  çıxarıb  ikinci  dəfə
   151   152   153   154   155   156   157   158   159   160   161