Page 154 - Islamic Studies 05
P. 154

153) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               dəyir,  amma  özü  günahdan  başqa  bir  şey  qazanmır.  Deməli,
               kafirin niyyəti hər cəhətdən əməlindən daha pisdir.



                                   •                      Nəticə
                     İxlas  bütün  ibadətlərin  ümumi  şərtlərindəndir.  Fəqihlər
               onu  əməlin  düzgünlüyü,  həkimlər  ruhun  qidası,  ariflər  isə
               vüsala yetişməyin şərti hesab etmişlər.1 Əməl ilahi və səmavi
               rəngə  boyanmayınca  ucalmayıb  məşuqun  vüsalına  yetişmək
               olmaz.  Riyaya  boyanmış  əməllərin  Allah  və  ülvi  aləmlə  heç
               bir əlaqəsi olmadığından bəndə və Yaradan arasında vasitə ola
               bilməz.


                  «Quran» və ixlas (saf niyyət)
                     «Qurani-Məcid»də bu barədə buyurulur:
                     “Allaha  saf  niyyətlə  (riyasız,  şirksiz)  ibadət  etməkdən
               başqa onlara heç nə buyurulmamışdır...” («Bəyyinə» - 5).2
                     “......  Kim  Rəbbi  ilə  qarşılaşacağına  ümid  bəsləyirsə,
               yaxşı  iş  görsün  və  Rəbbinə  etdiyi  ibadətə  heç  kəsi  şərik
               qoşmasın.” («Kəhf» - 110).
                     Ayənin  son  hissəsi  saleh  əməlin  şirk  və  riya  ilə  qarışıq
               olmamasına  işarədir.  Demək,  Allaha  ibadət  edərkən
               başqalarını da ona şərik etsək, ixlas yox olaraq ibadətin yalnız
               zahiri  görkəmi  qalar.  Əməl  isə  öz  mahiyyətini  itirdikdə,




               1  Şərtlər  iki  cürdür:  Düzgünlük  və  qəbulolma  şərtləri.  Şərtlərdən  bəzisi  düzgünlük
               şərtinə  yox,  yalnız  qəbul  olma  şərtinə  aiddir.  Məsələn,  namazda  fikrin  yayınmaması
               kimi.  Namazın  əsas  təsiri  Allaha  yaxınlaşmaq  və  möminin  meracı  olduğundan  fikir
               yayınarsa, bu mümkün olmaz. Amma bəzi əməllər əməlin düzgünlük şərtidir. Məsələn,
               dəstəmaz və niyyət kimi. Çünki dəstəmazsız və niyyətsiz namaz batildir. Hətta namazı
               səhv edərək dəstəmazsız və niyyətsiz qılsa belə ikinci dəfə namaz qılmalıdır.
               2 Bu və bu kimi ayələrin üsuliddin, ibadətdə tövhid, şirk və bütpərəstliyə aid olmasına
               baxmayaraq,  riyakarın  ibadət  edərkən  Allahdan  başqasını  nəzərdə  tutduğuna  görə
               əməlində şirk vardır. Buna görə də hədislərdə riyanı gizli şirk adlandırmışlar.
   149   150   151   152   153   154   155   156   157   158   159