Page 153 - Islamic Studies 05
P. 153
Dində ixlas (152
3)niyyətdə riya ola bilməz, lakin əməldə riyanın olması
mümkündür;
4)möminin əməli səhv olduğuna görə özünə, yaxud
başqalarına zərər yetirə bilər. Bu halda əməlin ona heç bir
xeyri olmaz, amma niyyəti saf olduğu üçün mükafat və savab
qazanar;
5)mömin çalışdıqca öz qüdrətindən artıq şeylər istəyir.
Demək, möminin niyyəti hər cəhətdən əməlindən üstündür.
Bir gün Zeyd Şiham İmam Sadiq(ə)-in hüzuruna gəlib
soruşdu:
-Ağa, sizdən eşitdim ki, niyyət əməldən daha yaxşıdır. Bu
necə ola bilər?
İmam Sadiq (ə) buyurdu:
-Bəzən insan riyakarlıq edərək tərif xatirinə bir işi görür.
Ancaq saf niyyətin əsasında ilahi eşq və ulu Tanrıya sonsuz
məhəbbət olduğundan riyaya bulaşmır. Nəticədə isə Allah-
təala insana əməlinə görə vermədiyi neməti niyyətinə görə əta
edir. Ola bilsin ki, bəndə gecənin son saatlarında gecə namazı
qılmaq niyyətilə yatıb yuxuya qalsın. Allah-təala isə gecə
namazının savabını onun əməllər kitabçasına yazar, yuxuda
olduğu zaman onun nəfəsini zikr, yuxusunu isə sədəqə hesab
edər.1
Allahdan başqa heç kim başqasının niyyətindən xəbərdar
deyildir. Demək, niyyətdə heç vaxt riya ola bilməz. Niyyət
əmələ çevriləndə onun riyaya qarışması mümkündür. Buna
görə də deyiblər: «Möminin niyyəti əməlindən daha yaxşıdır.»
Amma kafirin niyyətinin əməlindən daha pis olmasının
səbəbi yerinə yetirmiş olduğu işin əslində yaxşı və faydalı
olmasındadır. Lakin yaxşı işlər görərkən onun niyyətində
hiylə, maddi mənfəət, riya və kələk olduğundan niyyəti
əməlindən pisdir. Çünki onun əməlindən başqalarına xeyir
« İləlüş - şəraye » Nəcəf çapı : / c II səh - 524: Fəsil - 301: hədis №1. 1