Page 152 - Islamic Studies 05
P. 152
151) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
əksi olaraq icraçıya heç bir təsir bağışlamır, yəni hər kim
qeyri-səmimi gözəl bir iş görərsə, niyyətinin səmimiyyəti
olmadığından həmin xeyir əməlin ona heç bir faydası yoxdur.
Buna görə də Allah-təala “Qurani-Kərim”də buyurur:
“Mömin olub axirəti istəyən və onun uğrunda (can-
başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul
olunar.” («İsra» - 19).
Peyğəmbər(s) buyurmuşdur:
“Hər kim Allahdan sidq ürəklə şəhadətə yetməyi
diləyərsə, Allah-təala onu evində vəfat etsə belə, şəhidlər
məqamına yüksəldər.”1
Həzrəti-Əli(ə) buyurur:
“......... Allah-təala bəndələrindən kimi istəyərsə, saf
niyyəti və təmiz ürəyinə görə behiştə daxil edər.”2
İmam Sadiq(ə) buyurur:
«Fəqir mömin bəndə deyər: «İlahi! Xeyir işlər görmək
üçün mənə bir vasitə göndər.» Əgər Allah-təala onun bu
diləyinin saf niyyətlə olduğunu görərsə, o xeyir əməlin əcr və
savabını onun əməllər kitabçasına yazar. Həqiqətən, Allah-
təala ehtiyacsız və kərimdir.”3
Bu şərtlər bir yerdə cəmləşdikdə möminin niyyətinin niyə
görə əməlindən yaxşı olduğunu bir daha sübut edir:
1)niyyət əməlin təməli və qayəsidir. Səbəb isə bir şeyin
nəticəsindən daha əsas və üstündür;
2)niyyət əməlin canı və ruhudur. Ruh isə cisimdən
irəlidir;
1 «Səhih Müslim» II c/ səh-103;
«Sünəni ibn Macə» II c/səh-539 / hədis №2797.
2 «Nəhcül bəlağə» Sübhi Salehi: Hikmət №42
3 “Üsuli-kafi” İslamiyyə çapı: II c/səh-69;
«Səfinətül bihar» II c /səh-628;
«Vəsailüş-şiə» II c/səh-35.