Page 151 - Islamic Studies 05
P. 151

Dində ixlas (150

                     Əvvəla,  niyyət  dedikdə  əməl  üçün  həqiqi  iradə  və  qəti
               qərar  nəzərdə  tutulur.  Beynimizdə  ani  olaraq  meydana  çıxıb
               hələ  icrasına  tərəddüd  etdiyimiz  fikirləri  niyyət  adlandırmaq
               olmaz, çünki niyyətlə xəyal arasında fərq vardır. Bəzən insan
               namaz, oruc, həcc və s.-ni niyyət edir, amma bu işləri yerinə
               yetirmək  üçün  heç  bir  ciddi  qərara  gəlmir.  Yaxud  biri  gecə
               namazı,  döyüş  meydanı,  cihad  və  şəhid  olmağı  təsəvvürünə

               gətirir,  ancaq  özünü  gecə  namazı  qılmağa,  cəbhəyə  getməyə
               hazırlamayıb  heç  bir  tədbirə  əl  atmır.  Şübhəsiz,  belə
               təsəvvürlər  ilğım  və  xəyaldan  başqa  bir  şey  olmayıb  heç  bir
               dəyərə malik deyildir. Allah-təala bu cür təsəvvür və xəyallara
               görə heç kimə mükafat vermir.
                     Savab  və  əzabın  meyarı  insanı  əmələ  sövq  edən  ciddi
               düşüncə və qəti qərardır. Uca Yaradan insan iradəsini çalışmaq
               şərtilə    dəyərləndirərək       qiymətləndirmişdir.       Allah-təala
               buyurur:
                     “Mömin  olub  axirəti  istəyən  və  onun  uğrunda  (can-
               başla)  çalışanların  zəhməti  (Allah  dərgahında)  qəbul
               olunar.” («İsra» - 19).
                     Allah-təala  iman  və  saleh  əməllə  birgə  olan  istəyi
               qiymətləndirmişdir.
                     Qəti qərar əmələ çevrilərkən iki cür təzahür edir: bəzən
               müvəffəqiyyətlə  qurtarır  və  bəzən  də  məğlubiyyətə  uğrayır.
               İnsan  öz  niyyətini  həyata  keçirmək  üçün  həmişə  müvəffəq
               olmur. Bəzi hallarda obyektiv səbəblər üzündən niyyət həyata
               keçməsə  də,  hər  iki  surətdə  (müvəffəqiyyət  və  məğlubiyyət)
               niyyət ciddi olduğundan dəyərlidir. Bu isə əməldən daha yaxşı
               hesab edilən elə həmin niyyətdir.
                     Üçüncüsü,  möminin  niyyəti  səmimi  olduqda  əhəmiyyət
               kəsb  edir.  Başqa  sözlə,  icraçı  gözəlliyi  əməl  gözəlliyindən
               yaxşıdır. Çünki icraçı gözəlliyinin iki xüsusiyyəti vardır: əməli
               gözəl,  icraçını  isə  əməlisaleh  edir.  Əməl  gözəlliyi  isə  bunun
   146   147   148   149   150   151   152   153   154   155   156