Page 155 - Islamic Studies 05
P. 155

Dində ixlas (154

               nəticədə,  insana  bir  faydası  olmaz.  Necə  ki  bu  ayənin
               nazilolma səbəbi haqda oxuyuruq:
                     Bir  şəxs  Peyğəmbər(s)-in  hüzuruna  gəlib  dedi:  «Ey
               Allahın Rəsulu! Mən Allah yolunda ehsan verib yaxın qohum-
               əqrabalarımı başa çıxıram, amma camaat mənim bu əməllərimi
               danışıb tərifləyəndə çox xoşhal oluram. Mənim bu əməllərimin
               dərəcəsi nədir?» Peyğəmbər(s) heç bir söz deməyib dinmədi.

               Nəhayət, bu ayə («Kəhf» - 110) nazil oldu.1
                     Müxləs (saflaşmış) bəndələr
                     Allah-təala saleh bəndələri saf niyyətlərinə görə tərifləyir.
               Məsələn,  Yusif  peyğəmbəri(ə)  tərifləyərkən  onu  “müxləs”
               (saflaşmış)- deyə yad edir:
                     “Doğrudan  da,  (qadın)  ona  meyl  salmışdı.  Əgər
               Rəbbinin dəlilini görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz
               pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə
               etdik. Çünki o, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir.”
               («Yusif» - 24).
                     Həzrət Musa(ə) barədə buyurur:
                     “(Ya  Mühəmməd!)  Kitabda  (Quranda) Musanı  da  yad
               et! Həqiqətən, o (öz ibadətində) çox səmimi idi. O bir elçi, bir
               peyğəmbər idi.” («Məryəm» - 51).
                  Diqqətəlayiq məsələ
                     Müxləs feli sifət olub “saflaşdırılmış” mənasını ifadə edir.
               Allah-təala bu iki  peyğəmbəri  (Musa  və Yüsif) vəsf  edərkən
               onları  “müxləs”  adlandırır.  “Müxləs”  sözü  ilə  “müxlis”  sözü
               arasında böyük fərq vardır. «Müxlis» sözü ötəri sədaqəti olan
               adama  da  deyilir.  Məsələn,  dəniz  tufanında  hər  şeydən  əli





               1 «Təfsiri-Qürtəbi» Beyrut çapı (1965, 1966): XI c/ s.69;
               «Təfsiri-məcməül-bəyan» Beyrut çapı:VI c / s.499;
               “Biharül-ənvar”: Beyrut çapı: LXVII / s.222;
               «İddətüd-dən» Beyrut çapı: s.223.
   150   151   152   153   154   155   156   157   158   159   160