Page 170 - Islamic Studies 05
P. 170

169) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                   Quranın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz
               onlardır.
                   Belə  ki,  Quranı  bəşəriyyətə  çatdıran  və  onları  şəri
               hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət
               Məhəmməd  (s)  olmuşdur.  Onun,  Quranın  fəziləti  haqqında
               buyurduğu hədislərdən birində deyilir:
                   «Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və

               ağır  əmanət  qoyub  gedirəm.  Quran  və  Əhli-beytimi.  Bu  iki
               əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o
               gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
                   Buradan belə məlum olur ki, Peyğəmbər (s) və onun Əhli-
               beyti  Quranı  hamıdan  daha  çox  dərk  etmiş,  özlərində
               yaşadaraq  ona  iman  gətirmiş  və  bundan  sonra  xalqı  haqqa
               doğru hidayət etmişlər. Belə isə, Quranı yaxından dərk etmək
               üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib,
               onların haqq yoluna qoşulmalıyıq.
                   Quranın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca
               hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri
               «Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir
               fəsil  tərtib  etmişdir.  Burada  həmin  hədislərdən  bir  neçəsini
               təqdim edirik:
                   Birinci hədis:
                   Haris Həmdani deyir: «Günlərin bir günündə məscidə daxil
               olub  orada  bir  dəstə  şəxsin  faydasız  mübahisələrə  məşğul
               olduğunu  gördüm.  Əli  (ə)-ın  yanına  gedib  gördüklərimi  ona
               danışdım.  Buyurdu:  Doğrudanmı  sən  bunları  özün  müşahidə
               etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir gün Peyğəmbər
               (s) mənə bu sözləri dedi: «Çox keçməz (müsəlmanlar arasında)
               fitnə  və  qarşıdurmalar  yaranar.»  Dedim:  Ya  Rəsuləllah!
               Bunlardan  necə  yaxa  qurtara  bilərik?  Buyurdu:  «Siz  Allahın
               nazil etdiyi Quranla bütün ixtilaf və qarşıdurmalarınızı aradan
               qaldıra  bilərsiniz.  Onun  vasitəsilə  haqq  ilə  batil  bir-birindən
   165   166   167   168   169   170   171   172   173   174   175