Page 172 - Islamic Studies 05
P. 172

171) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                   «Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə
               edir.» Burada bir neçə mətləb nəzərə çarpır:
                   a)  Bəlkə  də  «gələcəkdə  baş  verən  əhvalatlar»  deyildikdə,
               qiyamət  günü  nəzərdə  tutulur.  Çünki,  Quranın  bir  çox
               ayələrində  insanın  qiyamət  gününə,  məhşərdə  aparılacaq
               sorğu-suallara,  onların  gördükləri  işlərə  müvafiq  olaraq
               mükafatlandırılıb-cəzalandırılacaqlarına                   əhəmiyyət

               vermələrinə xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli
               (ə)-ın     buyurduğu «Quranla          siz    bütün      ixtilaf    və
               qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Quran sizin axirət
               dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan
               edir» sözləri bir daha bunları sübuta yetirir.
                   b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Quranın gələcək
               hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir
               çox  hadisələr  Quran  ayələri  nazil  olduqdan  sonra  baş
               vermişdir.
                   v)  Bu  barədə  verilən  üçüncü  nəzəriyyə  Quranın  keçmiş
               qövm və millətlər barəsində xəbər verməsidir. Quran onların
               keçmiş  tarixinə  nəzər  salaraq  gələcək  millət  və  nəsillərin  bu
               yolu  keçəcəklərinə  işarə  etmişdir.  Bu  ehtimala  əsasən  deyə
               bilərik ki, yuxarıdakı hədislərdə İnşiqaq surəsinin 19-cu ayəsi
               nəzərdə tutulur. Orada deyilir:
                   «Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz».
                   Yəni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil
               yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.
                   Eyni  zamanda  bu  hədis  Peyğəmbər  (s)-dan  nəql  olunmuş
               hədisə də dəlalət edə bilər. Hədisdə deyilir: «Siz də özünüzdən
               əvvəlkilərin  puç  və  batil  həyat  tərzini  dirildəcək  və  onların
               adət-ənənələrini  davam  etdirəcəksiniz.»  (Kənzul  ummal,
               6/40).
                   2.  «Quran  elə  bir  kitabdır  ki,  zalım  və  sitəmkarlar  onu
               özlərindən  uzaq  etmək  istərlər.  Allah-taala  da  onları  xar  və
   167   168   169   170   171   172   173   174   175   176   177