Page 171 - Islamic Studies 05
P. 171
Quran elmləri barədə araşdırma (170
asanlıqla ayrılar. Quran elə bir kitabdır ki, orada nə bir kəlmə
zarafat, nə də bir mənasız ifadələrə rast gəlmək olar. O elə bir
kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək
istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar edər.
Hər kim hidayət yolunu Qurandan ayrı bir vasitələrlə
axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır.
Quran Allahla insanlar arasında olan qırılmaz rabitədir.
Bəşəriyyəti haqqa hidayət edən Quran, nəfsani istəklər və
əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə
dolu bir kitabdır. Quran keçmişdə və gələcəkdə baş verən
əhvalatları əhatə edir.
Quran vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və
heç bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular.
Alim və mütəfəkkirlər Quran ayələri ətrafında araşdırmalar
aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə,
Quran öz möcüzəsini saxlayar və aşiqlərinin qəlbində daha
dərin izlər qoyar.
Quran hətta cinləri belə, heyrətə gətirmiş və onlar Quran
haqqında bu sözləri demişlər:
«Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir
Quran eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman
gətirdik».
Quranla danışanların sözü kəsərli və məntiqli olacaqdır.
Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz
əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə
nəticələnəcəkdir. Hər kim insanları Qurana doğru çağırarsa,
onları haqqa hidayət etmiş olar.
Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri
buyurdu: «Ey Əvər, bu hədisi məndən yadigar saxla.» (Sünən
Darəmi, 2/435, Səhih Termizi, 11/30).
Hədisin izahı:
Hədisdə bir neçə maraqlı mətləbə toxunulur: