Page 180 - Islamic Studies 05
P. 180
179) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
ratdıq ki, yalnız Allaha bəndəçilik etsinlər.» (Zariyat, 56)
Qurani-kərim peyğəmbərlərin də bəndə olmalarına bir ne-
çə yerdə israr etməklə müsəlmanları məsihilərin getdiyi
yoldan çəkindirir: «Allah öz bəndəsinə (Məhəmmədə aydın
şəkildə ayələr vəhy etdi ki, sizi qaranlıqdan çıxarıb işıqlığa
yönəltsin.» (Hədid, 9) «Allah öz bəndəsinə lazım olan ayələ-
ri vəhy etdi.» (Nəcm, 10)
Deməli, İslam dinində «vəhy» yalnız Allahın bəndəsinə gəlir.
Bu dində bütün insanlar Allaha bəndə və qul olmağa çağırılır.
İslam dini Yaradanın vahid olmasına təkid etməklə, onun heç
vaxt övladı olmamasını da möhkəm şəkildə bəyan edir. Qura-
ni-kərimin buyurduğuna əsasən, hətta Həzrət İsanın (ə) özü,
Məsihilərin ona səbəb dedikləri üçün Allahın yanında xəcalət
çəkirdi. Uca Tanrı Qurani-kərimdə buyurur:
«Ey Məryəm (ə) oğlu İsa, sən camaata dedin ki, Allahın kə-
narında məni və anamı özünüzə Tanrı qərar verin?! (İsa)
dedi: İlahi sən bu sözlərdən paksan, mənimsə elmim olma-
dığı şey barəsində söz deməyə haqqım yoxdur. Və əgər
mən belə bir söz desəydim, sən mütləq onu bilərdin. Sən
mənim zatımdan xəbərdarsan, mən isə zatından agah deyi-
ləm, yalnız sən bütün qeyblərə agahsan.» (Maidə, 116)
Vəhy və yа gizli idrаk
▪ 1- Yaradılış sistemi növləri kamala doğru sövq
etdirir:
Yerə düşmüş, əlverişli şəraitlə yarılıb cücərməyə başlayan
buğda dənəsi şübhəsiz ki, öz inkişafını kamilliyə çatdırıb
sünbülə çevrilməyə və çoxsaylı dənələr bəhrə verməyə doğru
hərəkət еdir.
Həmçinin yerin bətnində gizlənmiş, sonra isə öz qabığını
soyub yaşıl gövdəsini çölə çıxaran meyvə tumu həmin andan