Page 175 - Islamic Studies 05
P. 175
Quran elmləri barədə araşdırma (174
çatdırar. Qurana iman gətirənlər ömürlərini izzət və əmin-
amanlıqla başa vurarlar. Quran ona pənah gətirmiş şəxsləri
ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna
hidayət edər. Quran dəlil axtaranlar üçün ən tutarlı sübut və
istidlal mənbəyidir. Quran mütəfəkkirlər üçün əlamət və
nişanələr, silaha ehtiyacları olanlar üçün ən gözəl sığınacaq,
alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər
üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl
ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.)
Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur
və biz onlardan bəzilərini şərh edirik.
«Quran nuru sönməyən əbədi hidayət çırağıdır». Hədisdə
buna oxşar ifadələrlə dəfələrlə qarşılaşırıq. Buradan məqsəd,
Quranın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun
ayələrinin əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra
məqamında qalacaqdır. Məsələn, Quranın bəzi ayələri
müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma
buna baxmayaraq, onun ümumi məfhum və mənası qiyamət
gününədək müəyyən şəxs və ya hadisələrə deyil, ümumi
şeylərə aid olacaqdır.
Əyaş, İmam Baqir (ə)-ın «Hər tayfanın [doğru yol
göstərən] bir rəhbəri vardır» (Rəd-7) ayəsinə verdiyi təfsir
haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək
deyir: «Ayədə rəhbər [yol göstərən] deyildikdə, Əli ibni Əbu
Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim Əhli-
beytimizdən olacaqdır.»
Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də
ayədə işarə olunan rəhbərlərdənsiniz.
Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Quran ayələri
hər zaman qüvvədə olduğu üçün mən də ayənin aid olduğu
nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Quran üçün heç
bir əhəmiyyət kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız