Page 178 - Islamic Studies 05
P. 178
177) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Quran
burada geniş səhra və düzənliyə və orada maniəsiz görünən
şeylər isə həqiqətə oxşadılmışdır. Burada başqa bir mətləbə də
işarə olunmuşdur. O da insanların haqq-ədalətə nail olmaq
üçün yalnız Qurana üz tutmalarıdır. Hər kim həqiqəti Quranda
deyil, ayrı yerlərdə axtararsa, istəyinə nail ola bilməyəcəyini
yəqin etməlidir.
7. «Quran suyu tükənmyən bir dənizdir.» Yəni, hər kim
Quranın bütün sirlərinə yiyələnmək istəsə, buna tam şəkildə
nail ola bilməyəcəkdir. Çünki, onun kəşf olunan sirləri nə
tükənmək bilir, nə də öz etibarını itirir. Yerin dərin qatlarından
qaynayan bulaqların suyu tükənmədiyi kimi, Quranın da
əsrarəngiz sirləri tükənmək bilmir.
Quranın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı
bir mövzusu haqqında araşdırma aparan tədqiqatçılar, ondan
yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə
bilərlər.
Elm şahinləri nə qədər çalışsalar da, onun yüksəkliyinin
qülləsinə çatmazdan əvvəl özlərində yorğunluq hiss edir,
çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə
çatmaqla öz məqsədlərinə nail olduqlarını zənn edir, amma bir
addım irəli getdikdə qarşılarında yeni-yeni mətləblərin
açıldığının şahidi olurlar.
4- Vəhyin mənası
Allah-taalanın insanları yaratmaqdan məqsədi onların kamilli-
yə çatması və ilahi-əxlaqi dəyərlərə yetişmələri olmuşdur. Və
buna görə də Allah-taala bəndələrilə öz arasında müxtəlif vasi-
tələrlə əlaqə saxlamışdır. Bu mənəvi əlaqə və rabitələrin hamı-
sının kökü «vəhy» deyilən ilham qüvvəsinə qayıdır. Başqa dil-
lə desək, tanrının insanların haqqa yönəlmələri və vicdanları-
nın oyanması üçün onlara mənəvi qüvvələr ilə ilham etməsinə