Page 177 - Islamic Studies 05
P. 177

Quran elmləri barədə araşdırma (176

               müsbət və istərsə də mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə
               bəyan etmişdir.» «Miratul-ənvar, 3-4-cü səh».
                   Bu  məzmunda  istənilən  qədər  hədis  və  rəvayət  nəql
               olunmuşdur, amma bu bir neçə hədislə kifayətlənib xütbənin
               izahını davam etdiririk.
                   2. «Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət
               və  qaranlıqlarla  qarşılaşmaz  və  haqq  yoluna  hidayət

               olunarlar:» Buradan  məqsəd  Quranın  insanları  haqq  yola
               hidayət  etməsidir.  Hər  kəs  bu  yolun  yolçusu  olsa,  bir  daha
               cəhalət  və  nadanlığa  üz  tutmaz.  Çünki,  Allah-taala  Quranı
               bəşəriyyətin  haqq  yola  hidayəti  və  xoşbəxt  həyatının  təmin
               olunması  üçün  nazil  etmişdir.  Beləliklə,  haqq  və  ədalətsevər
               insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.
                   3.  «Quranın  ayələri  açıq-aşkar,  verdiyi  hökmlər  isə
               dəyişilməzdir.»
                   Burada iki ehtimal vermək olar:
                   a).  Quranın  maarif  və  təlim  prinsiplərinin  əsasını  bəşəri
               fitrət və təbii qanunlar təşkil edir. Belə ki, bu prinsiplər sabit
               və dəyişilməz qanunlar üzərində qurulmuşdur.
                   b). Quranın həqiqi formasını təşkil edən kəlmə və ifadələr
               öz orjinallığını itirmədən qorunub saxlanmış, hətta cüzi əlavə
               və ya ixtisara yol verilməmişdir.
                   4.  «Quran  haqq-ədalət  gülüstanıdır» deyildikdə,  əqidə  və
               təfəkkür, əməl və əxlaq, qəzavət və mühakimə, ictimai ədalət
               və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur.
               Bu  səbəbdən  də  Quran  ədalət  ağaclarının  becərildiyi
               «gülüstan» adlanır.
                   5.  «Quran  imanın  təməlidir». Buradan  məqsəd  islam
               dininin  istər  əxlaqi,  istərsə  də  əməli  hökmlərinin  Quran
               ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.
                   6. «Quran geniş həqiqət düzənliyidir.» Düzənlikdə hər şey
               maneə olmadan necə varsa elə də göründüyü kimi, Quran da
   172   173   174   175   176   177   178   179   180   181   182