Page 176 - Islamic Studies 05
P. 176
175) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə
kimi Qurandan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə
deyildir. Quran ayələri əbədi olaraq keçmiş qövm və millətlərə
şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və bu
məlumatlar onlar üçün də etibarlı sayılır.
İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş
hədislərdən birində deyilir:
«Quran, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub
aradan getməyəcəkdir. Gecə və gündüz əsrlər boyu eyni
cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi
işıqlandırdığı kimi, Quran da həm keçmişdə, həm də gələcəkdə
müsəlmanlar üçün əbədi mənəviyyat nuru olmuş və
olacaqdır.»
Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə
deyilir:
«O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri
birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə
hörmət edir]» (Rəd-21) ayəsinin mənasını imam Sadiq (ə)-dan
soruşduqda buyurdu: «Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti
haqda nazil olmuşdur. Möminlər onları sevməli və onlarla
əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək
buyurdu: Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa
da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə
tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində
nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən».
Fərat Kufinin təfsirində deyilir: «Əgər hər hansı bir ayə
yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı,
indi Qurandan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir
həqiqətdir ki, yer və göylər durduqca, Quran da duracaq və
dünyanın ömrü qədər bəşəriyyətin həyatında aparıcı rol
oynayacaqdır. Belə ki, Quran bütün qövm və millətlərin istər