Page 179 - Islamic Studies 05
P. 179

Quran elmləri barədə araşdırma (178

               «vəhy» deyilir.1 Başqa ibarətlə desək, İslam dinində İlahi xə-
               bərlərin peyğəmbərlərin vasitəsilə dərk olunmasına «vəhy» de-
               yilir. Buna əsasən «vəhy» üç qismə bölünür:
               1. Allahın heç bir vasitə olmadan, yəni birbaşa peyğəmbər ilə
               söhbəti. (Allah-taalanın «merac»da heç bir vasitə olmadan Mə-
               həmməd peyğəmbərlə (s) söhbətini buna misal çəkmək olar).
               2. Allahın hansısa bir vasitə ilə peyğəmbərlərlə söhbəti (Alla-

               hın «Tur» ağacına vəhy etmək yolu ilə Musa peyğəmbərlə (ə)
               danışığı kimi).
               3. Allahın peyğəmbərlərə mələk nazil edərək xəbər göndərmə-
               si
               İslam alimlərinin nəzəri budur ki, Qurani-kərimin Məhəmməd
               peyğəmbərə (s) nazil olması vəhyin üçüncü qisminə aid olu-
               nur. Qurani-kərim bu məsələyə belə işarə edir:
               «Ruhul-Əmin (Cəbrayıl adlı mələk) sənin qəlbinə vəhy
               edir» (Şüəra, 194)
               Burada belə bir sual meydana çıxır ki, İslam baxımında Həzrət
               Məhəmməd (s) vəhy aldığı üçün nə sayılır? Məsihiyyətdə ol-
               duğu kimi Allah, yoxsa sadəcə olaraq bəndə?
               Cavab: İslamda xristianlıqdan fərqli olaraq dinin banisi başqa-
               ları kimi Allahın bəndəsi və qulu sayılır. Onun başqa bəndələr-
               lə fərqi Allah tərəfindən xəbər gətirməsi və peyğəmbər olma-
               sındadır. Qurani-kərim bu barədə belə buyurur:
                «Məhəmməd yalnız Allahın peyğəmbəridir, necə ki, ondan
               qabaq bir sıra peyğəmbərlər gəlib-getdilər.» (Ali-İmran,
               141)
               Başqa bir ayədə deyilir ki, peyğəmbərlərin məmuriyyətinin
               əsası insanları Allah bəndəçiliyinə dəvət etməkdir. Necə ki,
               buyurur: «Biz hər bir ümmətə peyğəmbər göndərdik ki,
               onları Tanrıya itaət və ibadətə dəvət etsinlər.» (Nəhl, 36)
               Həmçinin buyurur: «Biz insanları və cinləri ona görə ya-

                                    «Vəhy» lüğətdə «işarə», «ilham», «sirr» və «yazmaq» mənasınadır 1
   174   175   176   177   178   179   180   181   182   183   184