Page 200 - Islamic Studies 05
P. 200

199) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               ardıcılları  hesab  edərək  inanırdılar  ki,  əql  yolu  ilə  Allahı
               tanımaq  olar.  Halbuki  iki  qeyri-  məhdud,  yaxud  daha  çox
               qüdrətə  malik  olan  varlığın  eyni  zamanda  təsəvvür  olunması
               əql    və  məntiqin  ziddinədir.Allahın  vahid  olması  dedikdə,
               məqsəd  budur  ki,  yalnız  bir  Allah  vardır  və  ilahi  zat
               bölüşdürülə bilməz. Digər üç şəxsiyyətdən təşkil olunmuşdur.
               Bu üç varlıq əzəlilik, qüdrət və cəlalda bir- birilə bərabərdir və

               onlardaan  hər  biri  ilahi  sifətlərin  hamısına  malikdir.  Amma
               eyni halda hər birinin müəyyən xüsusiyyətləri vardır ki, onları
               təslis  vəhdətinin  daxili  bir-  birindən  fərqləndirir.”   1   Allah
               haqqında  yeni  düşüncələrin  meydana  gəlməsi  məsihi
               əqidəsində əsrlərlə formalaşma prosesi keçərək “üç uqnum” (
               şəxsiyyət)    əqidəsi  yaranmışdır.  Dr.  Can  Van  Vurd  yazır:  “
               Bizim  etiqadımız  budur  ki,  vahid  Allahda  vəhdətlə  eyni
               zamanda  təslis  də  mövcuddur.  Üçlük  uqnum  bir-  birindən
               seçilir,  amma  ilahi  zat  bölünməzdir:  bu  uqnum  bir-  birilə
               əbədiyyət  və  oxşarlıqda  bərabərdirlər.  Belə  ki,  təslisdə
               vahidliyi  və  kamil  təslisi  vahidlikdə  ibadət  edirik.  Bu  halla
               yanaşı, qeyd olunan həqiqətlər   belə  təfsir  olunmamalıdır  ki,
               üçlük uqnumları arasında ilkin olmaq haqqı mövcud deyildir,
               əksinə,  bilmək  lazımdır  ki,  ata  birinci  yer,  oğul  ikinci  yer,
               Ruhul-qüds  üçüncü  yerdə  qərarlaşır.  Bu  ilkin  olmaq  haqqı
               tərtiblədir.  Ruhul-  qüds  və  oğul  bərabərdir,  bununla  eyni
               zamanda ataya mütidirlər.Bu itaət icbari deyil, iradə və ixtiyar
                            2
               üzündəndir.  Məsihilər Rəbbani gecə mərasimində oxuyurlar:”
               Bizim  vahid  Allaha,  mütləq  qadir  ataya,  görünən  və
               görünməyən  bütün  ilahi  şeylərin  xaliqinə,  İsanın  vadid
               Allahına  imanımız  vardır.  O,  Allahın  oğludur  ki,  atadan






               1 Seyid Əhməd Mahmudi, “ Dinlərlə tanışlıq”,səh 257
               2 Eyni mənbə mənbə, səh 258
   195   196   197   198   199   200   201   202   203   204   205