Page 204 - Islamic Studies 05
P. 204

203) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                                 Qədim Romada dini vəziyyət

               Xristianlıq  zaman-zaman  müxtəlif    tədqiqatçılar  tərəfindən
               təhqiq  olunmuş,  keçdiyi  yol  araşdırılmış,  ictimai-siyasi
               proseslərdə  iştirakı  izlənilmişdir.  Tədqiqatçıların  bir  çoxu
               xristianlığı 4 dövrə bölür:
               1.Həvarilər       tərəfindən      yayılan      və     Qərb      Roma

               imperatorluğunun  yıxılmasına  qədər  davam  edən  dövr.
               Xristianlıq  bu dövrdə geniş yayılma sahəsi tapmışdır.
               2. V əsr- XVI əsrin əvvəllərinə qədər davam edən dövr. Şərq
               kilsəsinin  Qərb  kilsəsindən  ayrıldığı  dövrdə  xristıanlıq
               Avropanın şimal bölgəsində yayılmışdır.
               3. XVI və XVII əsrləri əhatə edən dövr xristianlıq üçün  çox
               əhəmiyyətli  olan  dövrdə  Protestantlıq  ortaya  çıxmış,  katolik
               məzhəbi ilə qarşıdurma nəticəsində Qərb kilsəsi bölünmüşdür.
               Cünki Roma Katolik kilsəsinin göstərdiyi xilas yəni, qurtuluş
               fikri o dövr xristianlarını razı salmırdı.
               4. XVIII əsrdən etibarən başlayan və xristianlığın qarışıqlıqlar
               içində  keçdiyi  bir  dövr  olaraq  bilinən  bu  dövrədə  xristianlıq
               üzərindəki münaqişələr kilsə xaricinə daşınmışdır.
               Xristianlığın Avropada təşəkkül tapıb yayılmasında dini- etnik,
               ictimai-siyasi proseslər durmasına artıq toxunmuşduq. Aşağıda
               bir sıra tədqiqatçı  alimlərin fikirlərini qeyd  edib  mövzumuza
               aydınlıq gətirməyə çalışacam.
               S.Əliyeva: “ Xristianlıq Roma imperiyasının şərq əyalətlərində
               yayılmış  messiya-  xilasolma  ideyalarının  yaradılması  ilə
               təşəkkül  tapmağa  başlayır.  Xristianlıq  sisteminin  mərkəzində
               İsa  peyğəmbərin  simasında  allahın  insan  şəklində  təzahür
               etməsi  əqidəsi  başlıca  yer  tutur.  Beləliklə,  xristianlıq
               bərabərhüquqlu  din  kimi  tanınaraq  bir  qədər  sonra  dövlət
               dininə çevrilir.
   199   200   201   202   203   204   205   206   207   208   209