Page 206 - Islamic Studies 05
P. 206

205) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               xristianların sayca çoxalması nəticəsində miladi təqvimi ilə 4-
               cü əsrin birinci yarısında  xristian dini orada rəsmi din olaraq
               qəbul edildi. Həmçinin təbliğ nəticəsində bu din həmin dövrdə
               dünyanın bir çox ölkələrinə doğru genişləndirilmişdir.Əlbəttə,
               bu  arada  hərbi  yürüşlər  və  ölkələrin  fəth  edilməsi  də  təsirli
                            1
               olmuşdur.”
               Marksizm  təhsilindən  faydalanmış  ateist  tarixçi  alim  B.Y.

               Ralen isə daha fərqli bir fikir izhar edirək yazır: “ Xristianlıq
               formalaşmış  bir  dini  məfkurə  kimi  feodolizm  cəmiyyətinin
               beşiyi  başında  durmuşdu.  Roma  imperiyası  varlığının  son
               yüzilliklərində  bu  din,  artıq,  məzlumların  dinindən  hakim
               quldarlar  sinfinin  əlində  zəhmətkeş  kütlələri  əsarət  altına
               salmaq vasitəsinə çevrildi.
                Xristian  təbliğatı  zəhmətkeşlərə  mistiklik  etiqadı  aşılayırdı.
               Həmin etiqada görə bu dünyada həyata keçməsi baş tutmayan
               ədalət və xeyirxahlıq, yeni dinin bütün tərəfdarları üçün, axirət
               səltənətində zəfər çalacaqdır. Bütün insanların allah qarşısında
               bərabər  olması  barədə  uydurma  ideya  ilə  xristianlıq  real
               varlıqda  nəzərə  çarpan  ictimai  ziddiyyətlər  uçurumunu  ört-
               basdır  etməyə  cəhd  göstərirdi.  Xristianlıq  “cəfakeşlərə  və
               məşəqqətdə olanlara” dini təsəlli verməklə istismar olunanların
               ictimai  etirazını  söndürməyə  çalışır,  onlara  çəkdikləri  əzab
               müqabilində “axirət dünyası”nda mükafat vəd edirdi. Özünün
               bu ictimai və ideoloji roluna görə xristianlıq quldarlıq quruluşu
               dağıldıqdan  sonra  da  yaşadı  və  feodolizm  cəmiyyətində  də
               zəhmətkeşləri mənəvi əsarət altına salmaq üçün mühüm vasitə
                              2
               olaraq qaldı.”
               Aydın  Əlizadə:  “IV  əsrin  əvvəllərində,  Roma  imperiyasında
               Xristianlığa,  əvvəlcə,  başqa  dinlərlə  bərabər  hüquqlar
               verilmişdi,  sonra  isə  bu  din  imperiyanın  rəsmi  dininə


               1  Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh 169
               2 Orta əsrlər tarixi, səh 417
   201   202   203   204   205   206   207   208   209   210   211